2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bir həbsin tarixçəsi

İş adamı Əliyev ailəsinin işinə əngəldirmi?

Saytların yığılması Saytlarin yigilmasi

Əliyevlərin hakimiyyəti dövründə Azərbaycanda neqativ ənənələr yarandı və bu tendensiya davam edir. Əliyevlər cəmiyyətin rəğbət bəslədiyi alimi, ziyalını, incəsənət xadimini, siyasətçini, biznesmeni həmişə özlərinə düşmən hesab ediblər. Əsas siyasət bundan ibarət olub ki, nüfuzlu adamları sıradan çıxarsınlar, vicdanlı adamları zərərsizləşdirsinlər, vətənpərvər insanları ləkələsinlər. Avtoritarizmin xarakteri belədir ki, alternativlərə nifrət edirlər, müstəqil fikirli insanları rəqib sayırlar, ağıllı adamları sevmirlər. Məhz buna görədir ki, ötən illər ərzində minlərlə elm adamı, siyasətçi, ziyalı ya ölkədən didərgin salınıb, ya şərlənərək həbs edilib, ya da ləkələnib. Əliyevlərdə bu xarakter daha tünddür və buna görə də “ya mənim qulum olmalısan, ya da yox olmalısan” prinsipiylə silahlanıblar. Bu təfəkkür tərzi Azərbaycanı xeyli geri salıb, rifah qapıların ölkənin üzünə bağlayıb.

İş adamları ölkədən niyə qaçır?

Heç kimə sirr deyil ki, ölkə xaricində xeyli sayda Azərbaycanlı iş adamları var. Rusiyada, Gürcüstanda, Ukraynada və müxtəlif Avropa ölkələrində kapital sahibi olan soydaşlarımız var ki, Azərbaycana sərmayə yatırmaqda maraqlıdırlar. Amma onlar başa düşürlər ki, yolun üstündə “əjdaha” oturub və bu əjdaha hamını udur. Bəli, ölkədə müstəqil məhkəmə, qanunun aliliyi, azad rəqabət şəraiti olsaydı, bu adamlar Azərbaycana pul axıdardı, iş yerləri açılardı, vergi ödəyicisinə çevrildilər. Nəticədə dövlət də, vətəndaş da udardı. Amma indiki şəraitdə nəinki ölkə xaricindəki iş adamları, hətta yerli milyonçular da pulların dövriyyəyə buraxmırlar. Çünki pullarına zəmanət yoxdur, iri məmurların tamahından qorxurlar, ölkədəki bulanıq vəziyyətdə risk etmək istəmirlər. Nəticə etibarilə pullarını ölkədən çıxarıb, biznes planlarını xaricdə həyata keçirirlər. Həm də gözü çıxmış qardaşlarından dərs götürürlər. Bu ölkədə onlarla iş adamına divan tutulub. “Bandotdel”də iş adamlarına işgəncə verilib. Zülfüqarlı qardaşlarının taleyi hamının xatirindədi. Son olaraq isə tanınmış iş adamı Mübariz Mənsimovun həbsi reallaşdı və bu həbs böyük reznans doğurdu. Bir daha təsdiqləndi ki, hakimiyyət pulu və nüfuzu olan adamları potensial təhlükə hesab edir. Eyni zamanda iş adamları daha bir mesaj aldı ki, Əliyevlərdən uzaq gəzmək lazımdı. Əks halda, qələmləri sındırıla bilər.

Mübariz Mənsimov niyə hədəfə gəldi?

Mübariz Mənsimov həm Türkiyədə, həm də Rusiyada biznesi olan Azərbaycanlı milyaderdi. Eyni zamanda bu adam xeyriyyəçi kimi tanınır, cəmiyyətdə müsbət xarakterizə olunur, hakimiyyətə yaltaqlanmaq yolun tutmayıb. Üstəlik, Əliyev ailəsinin “pulkəsən maşın” ı olan “SOCAR” la qarşıdurma vəziyyətindədir. Əslində Mübariz Mənsimov “SOCAR” a qarşı münasibətdə haqlıdır. Çünki, bu şirkətin acgözlüyü və cığallığı “Palamlı” şirkətinə ciddi maliyyə zərbəsi vurub.
Beləliklə, Mənsimovun yuxarıda sadaladığımız keyfiyyətləri, üstəlik “SOCAR” a qarşısı olması, Əliyev ailəsini ciddi narahat edirdi. Hakim ailə bu adamın ciddi başağrısı olacağını düşünməyə başlamışdı. Düzdü, Mənsimov birbaşa İlham Əliyevi hədəf seçmirdi, amma Rövnəq Abdullayevi “qara siyahı”ya salırdı. İlham Əliyev isə “pul kisəsi” olan adamının hədəf seçilməsini, özünə qarşı açılmış savaş kimi qiymətləndirirdi. Əliyev ona itaət etməyən milyarderin, həm də tənqidçi milyarderin sıradan çıxarılması üçün hər cür bazarlığa hazır idi. Görünən budur ki, hakimiyyətin başbilənləri Mübariz Mənsimov kimi zəngin adamın, maliyyə gücü olmayan müxalifətə inteqrasiyası haqqında da təsəvvürlər qururmuşlar. Dolayısıyla, prezidentliyə hazırlanan Mehriban Əliyeva üçün yeni problemin yaranmasının qarşısını almaq qərarı vermişdilər. Bir daha qeyd edək ki, Mənsimov digər milyarderlərdən fərqli olaraq, cəmiyyətdə müsbət obraz kimi tanınır və bu da Əliyev ailəsi üçün təhdid kimi görünürdü. Faktiki olaraq, Heydər Əliyev Fondunun yardımına ümid etməyən, bu qurumdan rədd cavabı alan xeyli adam Mübariz Mənsimova üz tutmuşdu və müalicə olunmuşdu, təhsil xərcləri ödənmişdi. Təbii ki, belə bir adam hansısa fürsətdə siyasi səhnəyə sərmayə yatıra bilərdi və yaxın tarixdə belə örnəklər olub. Bütün bunları nəzərə alan rejim Mübariz Mənsimova güzəştə getmədi və onu tələyə salmaq üçün nə lazımdırsa edildi.

Əliyev yenə uduzdu

Mübariz Mənsimovun həbsindən sonra nəyi müşahidə edirik? Azərbaycan xalqı FETO ittihamına gülür və bunu Azərbaycan hakimiyyətinin sifarişi kimi dəyərləndirir. Eyni zamanda mütləq əksəriyyət Mübariz Mənsimovun həbsin pisləyir, azadlıq tələb edir. Yəni, bu həbsdən sonra hakimiyyətə nifrət daha da artdı, müxalif düşüncə gücləndi. Mübariz Mənsimov rejimin növbəti siyasi məhbusu kimi qiymətləndirilir. Hətta müxtəlif sənət adamları, tanınmış ictimai şəxslər də bu həbsə etiraz etdi.
Müxtəsər, Əliyevin reputasiyası, Mehribanın humanizm təbliğatı daha bir zərbə aldı. Mübariz Mənsimovun həbsi onun ictimai çəkisini bir az da artırdı, günün qəhrəmanına çevirdi və xeyirin təmsilçisi kimi göründü. Yəni, Əliyevlər yenə də uduzdu və bu həbsin siyasi effekti rejim üçün sıfırın altına düşdü. Tarix həbsdən daha güclü çıxan və sonrakı mərhələdə daha böyük zirvələr fəth edən adamlara çox şahidlik edib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button