2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Bir milyon 400 min avtomobil olan şəhər [video]

Necə olur ki, Bakıda avtomobil tıxacı yaranır? Yollarda vaxt itirmək, səs-səsə verən avtomobillər, paytaxtın həyat normasına çevrilir?

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun kommentariyası» kitabının müəllifi Ərşad Hüseynov hesab edir ki, tıxacı yaradan səbəblərdən biri budur ki, sürücülük vəsiqəsi bu vəsiqəni almaq üçün vərdişləri olmayan adamların əlinə keçir. Nəticədə səriştəsiz adamlar sükan arxasına keçir, qaydaları pozur.

Saytların yığılması Saytlarin yigilmasi

Buna da bax:​ ‘Bakı-Sumqayıt marşrutunda illərdir özbaşınalıqdır’ [qəzaya reaksiyalar]

İdrak Abbasov

İdrak Abbasov

Ərşad Hüseynov bildirir ki, ölkədə sürücü mədəniyyətini qaldırmaq lazımdır. Hazırda qarşıdakı avtomobili ötmə, qanunsuz yerdə maşın saxlamaq az qala norma sayılır, çox vaxt da cəzasız qalır.

Jurnalist İdrak Abbasov əvvəllər Bakıda sürücü olub, son iki ildir ki, Norveçin paytaxtı Osloda maşın sürür. O, Osloda arabir tıxaca rast gəldiyini deyir, amma bildirir ki, orda tıxacda davranış fərqli olur:

“Hamı öz yerində gözləyir, sağdan sola hoppanmaq yoxdur, siqnal vermək yoxdur, sıxışdırmaq yoxdur. Hər kəs nizamla gözləyir”.

Buna da bax:​ Maşını əzilib, özü xəstəxanaya düşüb, amma…

İdrak Abbasov deyir ki, Norveçdə sürücülük vəsiqəsini əldə etmək elə çətindir ki, sürücülər qaydanı pozub vəsiqəni itirmək istəmirlər.

Ərşad Hüseynov

Ərşad Hüseynov

Hüquqşünas Ərşad Hüseynov deyir ki, Bakıda tıxacların yaranmasının əsas səbəblərindən biri də şəhər planlamasıdır:

“Görür ki, 100 kv.m. boş yer var, deyir ki, burda 15 mərtəbəli bina tikmək olar, amma heç kim soruşmur ki, bu 15 mərtəbəli binanın insanları bura necə gəlib gedəcəklər, onların avtomobilləri harda dayanacaq. Dünyanın hər yerində norma var ki, yaşayış məntəqəsinin bir hissəsi yol olmalıdır, amma Azərbaycanda bu normaya riayət olunmur”.

Buna da bax:​ Avtobus sürücülərinin ötüşməyə çıxması azala bilər

Sivil Toplum Platformasının üzvü, hüquqşünas Ələsgər Məmmədli tıxacların yaranmasının başqa bir səbəbinə diqqət çəkir. Deyir ki, tıxacı məmurlar da yaradır:

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

“Mən özüm də şahidi oluram ki, hər xırda məmur üçün belə yollar polis tərəfindən bağlanır. Bu da ciddi problem yaradır, əslində qanunda belə bir müddəa yoxdur ki, hansısa polis rəisi, yaxud da hansısa nazir müavini gedəndə yollar bağlanmalıdır”.

Buna da bax:​ Sürücünü ağladan yol polisi işdən çıxarılıb

Gün ərzində Dövlət Yol Polisi və Bakı Şəhər Baş Polis idarəsinin də mövqeyini öyrənmək istəsək də, cəhdimiz alınmadı. Bakı Yol Polisinin bölmə rəisi Vaqif Əsədov virtualaz.org sayına müsahibəsində bildirib ki, Bakı kimi 1.4 milyona yaxın avtomobilin olduğu şəhərdə günün pik saatlarında sıxlığın yaranması qaçılmazdır. “DYP əməkdaşları bütün mümkün olanı edir ki, yaranan sıxlıqlar tıxaca, nəqliyyat xaosuna çevrilməsin”, deyə Əsədov bildirib.

Buna da bax:

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button