Loading...
Loading...
SEÇMƏ

Bir neçə ölkənin səfiri dəyişdirilib

Yayımlandı: 19 Avqust 2022 21:19

Prezident sərəncam imzalayıb

Yaşar Əliyev Azərbaycanın Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə Ruslan Rzayev səfir təyin edilib.

Bu barədə Prezident İlham Əliyev avqustun 19-da sərəncam imzalayıb.

Bu gün Azərbaycanın Küveyt Dövlətində də səfiri dəyişdirilib. Elxan Qəhrəmanı Emil Kərimov əvəzləyib.

Ölkə başçısının digər sərəncamları ilə Nəsimi Ağayev Amerikanın Los-Anceles şəhərində baş konsulu vəzifəsindən geri çağırılaraq Almaniyada fövqəladə və səlahiyyətli səfir təyin edilib. Əvvəlki səfir Ramiz Həsənov Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilib.

Rəmzi Teymurov Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Argentinada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Rəşad Aslanov Azərbaycanın Argentinada və Paraqvayda, Boliviya Çoxmillətli Dövlətində, Çilidə, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Azərbaycanın Braziliyada, Ekvadorda, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında səfiri, eyni zamanda, Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi Elxan Poluxov geri çağırılıb.

Rəşad Novruz isə Azərbaycanın Braziliyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Meydan TV

Gözdən qaçırmayın:  Polis AXCP üzvünün həbsi üçün iddia qaldırdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button