2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Bir neçə aydan sonra Whatsapp-ın bəzi köhnə iPhone modellərində dəstəyi dayandırılacaq

    Bir neçə aydan sonra iOS 10 iOS 11 vasitəsilə çalışan bəzi köhnə iPhone modellərində Whatsapp-ın dəstəyi dayandırılacaq. İnsayderlər tərəfindən təqdim edilmiş screenshot-da iOS 10 və iOS 11 vasitəsilə çalışan köhnə iPhone modellərində Whatsapp-ın dəstəyinin 24 oktyabr tarixində dayandırılacağı qeyd edilib. Bu məlumatın doğruluğuna işarə edən daha bir sübut da ondan ibarətdir ki, Whatsapp-ın saytında ən çox verilən suallar bölməsində messencerdən istifadə üçün ən minimal özəlliklər sırasında iOS 12 əməliyyat sistemi qeyd edilib.

Saytların yığılması Saytlarin yigilmasi

    Qeyd etmək lazımdır ki, iPhone 5iPhone 5C kimi smartfonlar üçün iOS 12-ə kimi yenilənmə imkanı mövcud deyil. Buna görə də bu ilin oktyabr ayında sözügedən smartfonlar üçün Whatsapp yenilənmələrinin təqdim edilməsi imkanı dayandırılacaq. Digər tərəfdən 2012-ci ildə satışa çıxmış iPhone 5-dən istifadə edənləri sayı çox güman ki, aşağı göstəricidədir. Məlumatda qeyd edilib ki, artıq aktuallıqlarını itirmiş köhnə iOS versiyalarından imtinanın səbəbi Whatsapp-da ortaya çıxmış yeni funksiyaların dəstəklənmələrinin vacibliyi ilə bağlıdır. Ən son iOS yenilənməsini əldə edən istifadəçi həmçinin əməliyyat sistemində təhlükəsizliyi əhatə edən son dəyişiklikləri də əldə edir.

24 saat” “Bir neçə aydan sonra Whatsapp-ın bəzi köhnə iPhone modellərində dəstəyi dayandırılacaq” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button