2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

Bakı şəhəri Suraxanı və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Suraxanı rayonu C.Qurbanov küçəsi “Aura” şadlıq sarayının qarşısında diametri 530 mm-lik yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və qaz tənzimləyicinin mövcud xəttə qoşulması ilə əlaqədar nəzərdə tutulmuş işlər aparılacaq. Görülən işlər zamanı, saat 09:00-dan 17:00-dək Suraxanı rayonunun Qaraçuxur və Yeni Günəşli qəsəbələrinin, həmçinin Nərimanov rayonu H.Əliyev, Xətai prospekti, Təbriz küçəsi, C.Hacıbəyli, Həsənoğlu, Ə.Əlizadə küçələrində və ətraf ərazilərin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

APA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button