Loading...
Loading...
Xəbərlər

Bir qəsəbədə 58 nəfər xəstəxanalıq oldu

İyulun 18-də Şəkidə məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 58 nəfər qusma və qızdırma şikayətləri ilə rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.

Bu haqda “Turan”a xəstəxanadan məlumat verilib.

Həmin şəxslərə mənşəyi infeksion hesab edilən “qastroenterit” diaqnozu qoyulduğu deyilib.

TƏBİB-dən “Turan”a bildirilib ki, ümumilikdə 58 nəfər xəstəxanaya müraciət edib, onlardan da 38 nəfəri uşaq olub: “Müraciət edənlərin hər birinə ilkin təcili tibbi yardım göstərilib. Daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar”.

TƏBİB 58 nəfərin niyə xəstələnməsi barədə, hələlik, məlumat verməyib.

Qastroenterit kəskin mədə-bağırsaq infeksiyasıdır. Xəstəlik insandan insana hava damcı yolu ilə, bəzən də qida və su vasitəsilə yoluxur. Əksər hallarda xəstə adam onu əhatə edən ailə üzvlərini və ya işlədiyi kollektivi belə yoluxdura bilir.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Gömrük ona həvalə olundu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button