2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Bir qadını aşağılayıcı tonda müzakirə etməzdən öncə…” -Aynur Camalqızından Xoşqədəmə dəstək

“Bu fikirdəyəm ki, “mətbəx sirləri”nin açılması etika və peşəkarlıqdan uzaqdır. Gərək bu olmayaydı. Xüsusən də qadına qarşı!”

Moderator.az xəbər verir ki, bu sözləri əməkdar jurnalist, Aynur Camalqızı Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişinin kadrarxası səhnələrinin yayılmasına reaksiya verərkən sosial şəbəkədəki hesabında yazıb.
 
O bildirib ki, televiziya mütəxəssisi deyil və 4 ildən artıqdır ki, nadir hallarda Azərbaycan TV-lərinə baxır:
“Bu səbəbdən fikirlərimi subyektiv hesab edə bilərsiz. ATV-də “Səni axtarıram”ın yalnız ilk verilişinə baxmışam. Onda da özüm iştirakçı olduğum üçün. Sonra heç vaxt iştirak etmədim – dəvət olunsam belə. Çünki anladım ki, bu tip verilişlər mənlik deyil. Bizim TV-lərdə heç bir veriliş cəmiyyətə lazımi mesajlar ötürmür, hətta bəlkə bunun fərqində də deyil. Halbuki hər bir telelayihənin gücü onun cəmiyyətə ötürdüyü ismarışlarla ölçülməlidir. Bununla heç kəsin, xüsusən həmkarımız Xoşqədəm xanımın zəhmətinin üstünə kölgə salmaq istəmirəm. Təbii ki, sosial yönümlü telelayihələr olmalıdır və göründüyü kimi, reytinq cədvəllərində də bu tip verilişlər ilk yerləri tutur. “Səni axtarıram” Azərbaycan teleməkanında ən populyar layihədir. Demək ki, auditoriya bunu istəyir. TV-lər də onlara istədiyini verir. Mən TV-ləri də qınamaq istəmirəm. Çünki reklam verən şirkətlər məhz həmin reytinq cədvəllərinə əsasən media ilə əməkdaşlıq edirlər. Yəni mövcudluq uğrunda mübarizədə reallıqla hesablaşmağa məcburuq. Və təkcə Azərbaycanda deyil, qonşu Rusiyada da, qardaş Türkiyədə də bu cür verilişlər real həyatdan götürülsə də, teatrlaşdırılır, müəllifin təxəyyülü ilə ora nələrsə əlavə olunur. Yəni indi dəhşətli bir cinayətin üstü açılmayıb. Biz məsələnin təxminən belə olduğunu onsuz da bilirdik. Amma mən də bu fikirdəyəm ki, “mətbəx sirləri”nin açılması etika və peşəkarlıqdan uzaqdır. Gərək bu olmayaydı. Xüsusən də qadına qarşı! Bu toplum qadına nə qədər amansızdır, riyakardır, barışmazdır… Şübhə etmirəm ki, bunu edən kişilərdir. Və məhz buna görə də Xoşqədəm Hidayətqızının yanında olduğumu bəyan edirəm! Klaviaturanın qarşısında əyləşib bir qadını aşağılayıcı tonda müzakirə etməzdən öncə bir özünüzə baxın, düşünün, buna haqqınız çatırmı? Kimsiniz siz? Siz bir qadından nə qədər öndəsiz, nə qədər ağıllısız, nə qədər uğurlar əldə etmisiz, bu ölkə, bu xalq üçün daha xeyirli, daha gərəkli nə etmisiz? Cavab verə bilərsizmi? Etiraf etməyə hazırsızmı? Ədalətli olmağa gücünüz çatarmı?..”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button