Loading...
Loading...
Cəmiyyət

Bir qrup müharibə veteranı deputatlarla görüş tələb etdi – VİDEO

Çərşənbə günü İkinci Qarabağ Müharibəsi iştirakçılarının bir qrupu parlamentin binasına gəlib. Onlar hüquqlarının təmin olunması və hökumətin müharibə iştirakçılarına dair qərarlarının həyata keçirilməsi üçün deputatlarla görüş tələb ediblər.

Onlar jurnalistlərlə söhbət zamanı hakimiyyəti müharibə iştirakçıları arasında intihar hallarının artması ilə bağlı lazımi tədbirlər görməyə çağırıblar.

Polislərin deputatlarla görüş tələb edərək, şikayətlərinin dinlənilməsini istəyən müharibə iştirakçılarına rəftarı xüsusi fərqlənib. Onlar veteranları nəzakətlə MM önünə buraxaraq, problemlərinin dinlənilməsi üçün yardım ediblər.

Tətil səbəbilə deputatlar olmadığına görə müharibə iştirakçıları Prezident Administrasiyasına gediblər. Onların bir hissəsini administrasiyada qəbul ediblər.

24 saat” “Bir qrup müharibə veteranı deputatlarla görüş tələb etdi – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Eldar Mahmudovun oğlu Londondakı şirkətdən niyə istefa verib?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button