2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Bir qrup müharibə iştirakçısı nazirliyin giriş qapısını sındırdı – RƏSMİ AÇIQLAMA

2 İyun 2022-ci il tarixində bir qrup müharibə iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında nazir Sahil Babayevlə görüş tələbi ilə aksiya krçirib.
Aksiya zamanı müharibə iştirakçılarının tələbi təmin olmadığından onlar ƏƏSMN-in qapısını sındıraraq binaya daxil olublar. Bu zaman müharibə iştirakçılarından birinin vəziyyəti pisləşib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazilərin narazılığına münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim xüsusi qayğı və həssaslıqla yanaşılır.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd olunub ki, bu gün nazirliyə müraciət edən bir qrup müharibə iştirakçısını qurumun rəhbər vəzifəli şəxsləri diqqətlə dinləyib: “Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək. Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər davam etdirilir. Həmin hərbçilərdən artıq 3 mininə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin edilib.

Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir. Gələnlərin bir çoxunun da əlilliyi daha öncədən təyin edilib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, müraciət edən müharibə iştirakçılarından bəziləri qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı kompüter avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da, tədbirlər görüləcək. Gün ərzində əlavə məlumat veriləcək.

24 saat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button