2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bir sıra marşrut xətləri üzrə dəyişikliklər edildi

Bakı şəhərində bir sıra müntəzəm marşrut xətləri üzrə dəyişikliklər edilib.

24saat.org Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, 12 və 44 nömrəli müntəzəm xətləri bir-birini təkrarladığından onların birləşdirilərək bir nömrə (12 nömrə) altında təşkil edilməsinə qərar verilib.

62 və 81 nömrəli müntəzəm xətlər üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi “Çinar Trans” MMC-yə həvalə edilib. Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən qeyd edilən hər iki marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

64 nömrəli müntəzəm  xətt üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. Bu məqsədlə, xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General avto kompani” firmasına həvalə edilib.

88 nömrəli müntəzəm xətt üzrə isə sərnişindaşıma xidmətinin təşkili “BakuBus” MMC-yə həvalə edilib.

Qeyd edilən dəyişikliklər 01.01.2019 tarixindən tətbiq ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button