2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bir sürücünün 43 min manat məbləğində cərimələnməsi normaldırmı?

Kamran Əliyev: “Bu şəxs bir gündə 2-3 dəfə qayda pozuntusuna yol verib”

Məlum olduğu kimi, oktyabrın 6-da saat 17 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati binasının yaxınlığında Abşeron rayonu Pirəkəşkül qəsəbə sakini Cəmil Məmmədov intihar məqsədilə özünü yandırıb. C.Məmmədovun intihara cəhd etməsinə səbəb isə avtomobilinin müvəqqəti duracaqda yerləşdirilməsi olub.

Məlum olayla bağlı açıqlama verən DİN C.Məmmədovun idarə etdiyi avtomobillə bağlı 463 ədəd elektron protokol tərtib olunduğunu,  adıçəkilən şəxsin 43.000 manat məbləğində cəriməsi olduğunu bidlirib.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, bir sürücü ilə bağlı 43 min manat məbləğində cərimə tətbiqi nə dərəcədə normaldır? On min manatlarla cərimə borcu olan sürücünün 6 oktyabr tarixinə qədər avtomobil idarə etməsi necə mümkün olub?

Moderator.az-a açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələ ilə bağlı bəzi nüanslara diqqət çəkib:

“C.Məmmədovun maşını mühafizə olunan duracağa yerləşdirilib. Buna səbəb avtomobilində görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlığın quraşdırması olub. Saxlanılan zaman məlum olub ki, C.Məmmədov sürücülük hüququ olmadan avtomobili idarə edib. Bu şəxslə bağlı bir il ərzində 463 elektron protokol tərtib olunub. Elə gün olub ki, bir gündə 2-3 dəfə müxtəlif qayda pozuntusuna görə onun barəsində elektron protokol tərtib edilib. Dünən isə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəinfən avtomobil müvəqqəti duracağı yerləşdirilib. Sürücü haqqında müvafiq tədbir görülüb”.

K.Əliyev 43 min manat məbləğində cərimənin yığılıb qalmasının isə müxtəlif səbəbləri ola biləcəyini qeyd edib:

“Bunun müxtəlif səbəbləri ola bilər. Ola bilsin ki, məktublar ona çatmayıb. Məsələ bundadır ki, adətən bir il ərzində bir sürücü barəsiində maksimum 10-15 protokol ola bilər. Yoxsa 463 ədəd protokol olmur. Görünən odur ki, bu şəxs II qrup əlil olmasından istifadə edərək çoxlu sayda qayda pozuntusuna yol verib. Özünü yandıran zaman yüngül dərəcəli yanıq xəsarəti alıb. Ola bilsin ki, o, bunu məsuliyyətdən yayınmaq üçün edib. Lakin hər halda sürücü II qrup əlil olmasına, idarə etdiyi avtomobilin ona dövlət tərəfindən verilməsinə baxmayaraq mövcud qayda-qanunlara riayyət etməlidir. Fikirləşməlidir ki, o, hərəkətləri ilə yalnız öz həyatı üçün deyil, digər insnaların da həyatı üçün təhlükə yaradır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button