Loading...
Loading...
Şou

Bir vaxtlar milyonlar qazanan müğənni pis vəziyyətdə: “Necə dolandığımı soruşan yoxdur”

Bir vaxtlar verdiyi konsertlərdən milyonlar qazanan İbrahim Tatlısəs maddi vəziyyətinin yaxşı olmaması ilə bağlı üsyan edib.

Publika.az Türkiyə mətbautına istinadən xəbər verir ki, məşhur müğənni ona uça bilməyən xarab təyyarə satan FETÖ terror təşkilatının üzvlərinfən gileylənib. Məhkəməyə müraciət edib satışın ləğvini istəyən Tatlısəs bu tələbi də rədd ediləndə ürəyini sosial şəbəkədə boşaldıb:

“Məni vuracaqları vaxtdan da xəbərləri vardı. Görürəm ki, o zamanın polis rəisi, daxili işlər naziri, prokurorları, hakimləri indi hamısı axtarışdadır. Bəziləri məhkəmədə mühakimə olunur, bəziləri həbsxanada, bəziləri də qaçaqdır! Eh mənim nə günahım vardı ki, həm vurulmuşam, həm təyyarəm əimdən getdi, həm ev əmlakım müsadirə olundu…

Necə olur ki, etiraz tələbimizi 54 gündə rədd etdilər? Sənədləri yoxlanmadan tələbin rəddinə qərar verilir. Niyə bu Əhməd Özbək tutulmur? Kürəkəni fərari, qızı hazırda həbsxanada, özü də ortada gəzir. Amma vəkili vasitəsilə əmlakımı müsadirə etdirə bilir? 6 ildir ki, işləmirəm, nəylə keçindiyimi, necə dolandığımı soruşan yoxdur. Malımın geri verilməsini istəyirəm”.

Xatırladaq ki, FETÖ çürük təyyarəni Tatlısəsə 6 milyon dollara salıtb. Müğənni bu pulu hissə-hissə ödəyirmiş. Lakin bir müddət sonra Tatlısəs təyyarənin xarab olduğunu anlayıb. Qaytarmaq istəsə də, baş tutmayıb. Buna görə də pulu ödəməyi dayandırıb. FETÖ isə məhkəmə qərarı ilə Tatlısəsin villasını əlindən alıb.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button