2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Birbalın ölümü

Şahvələd Çobanoğlu

Günümüzdə baş verənlər bütün Şərqin ən gözəl müdriklik rəvayətinin qəhrəmanı Birbalı yada salır. Qərbin də ən ağıllı insanları Birbalın müdrik qərarı qarşısında indiyədək heyrətlərini gizlətmirlər. Baburun nəvəsi Sultan Əkbər Şah qumun üzərində bir xətt çəkir və vəzirlərinə deyir ki, bu xətti kiçildin, amma ona toxunmadan.

Saytların yığılması Saytlarin yigilmasi

Vəzir Birbal isə çaşqınlığı və təzadlı vəziyyəti aradan qaldırır. Həmin xəttin yanına ondan daha uzun bir xətt çəkir.

Ilham Əliyev və məmurları isə illərdir xətləri kəsməklə məşğuldur, özlərini böyütmək üçün, hakimiyyətlərini saxlamaq üçün sağlam və mütərəqqi nə varsa, hamısını kəsir, doğrayır, məhv edirlər. Daha üstün olmaq, böyümək və böyütmək əvəzinə, özlərindən üstün nə varsa sıradan çıxarırlar. Işıqlı gəncləri, güclü rəqibləri, mütərəqqi düşüncəli fəalları, tənqidi fikir söyləyənləri həbsə atırlar. Cəmiyyəti susdurur, düşüncədən məhrum ediblər.

Bunlar Birbalı da zəlil edər, belinə daş bağlayıb, “Formula-1″ halqası ilə qaçırdıb ürəyini partladardılar. Müdrik Birbalın ürəyini partladıb öldürərdilər. Ya da adını yaza bilməyən bir icra başçısının əlinin altında işlədib çərlədərdilər. Məhz belə olduğundan, Azərbaycan öz parlamentində Oktay Əsədovla Zahid Orucun qarğabazarı mübahisələrinə qulaq asmağa qədər alçaldılıb. Azərbaycan Ilham Əliyevlə buralara gəlib.

Daha dəhşətlisi sağlam düşüncənin amputasiyasıdır. Ictimai həyatdan, idarəetmədən, müzakirə və düşüncədən sağlam düşüncəsini cərrah bıçağından daha iti olan haqsızlıq qılıncı ilə kəsib atırsan.

Yerində nə qalır? Prezidentin mədhiyyəsi, yaltaqlıq, qorxu və nökər təbəssümü.

Köhnəlmiş fikirlər, yanlış düşüncələr olsa, bu qədər qorxulu olmazdı. Ağzıəyri yalanlar, ziyanverici uydurmalar, küt böhtanlar, başdan-ayağa yaxşı nə var silsib süpürməyə hazır olan, oğurluğun və haqsızlığın aşağı əyarlı müdafiəsi üçün ağıldankəm söyləntilər. Hər addımda ürəkbulantısı başlayır. Bəlkə öyüyə-öyüyə də yaşamaq olar bütün bu çirkabdan qorunmaqla, amma sağlam düşüncənin olmaması yaşamağa imkan da vermir. Sağlam düşüncənin məhv edilməsi hər şeyi dağıdır – təhsili, səhiyyəni, yeməyi, içməyi.

Uşağını etibar edəcəyin bağça yox, dərmanı, qidası zəhər, səhəri qəhər, axşamı pis xəbər… Nəyə etibar edə bilərsən ki! Rüşvətlə yol qaydasını, qanunu, konstitusiyanı poza bilirsənsə, məhkəməni udursansa, yalana don geyindirirsənsə, bu ölkədə zəmanət varmı sağlamlığa, ədalətə, ləyaqətə, yola, işə, suya, havaya?

Azərbaycan uzun xətlərin doğradıldığı məkandır. Bu ölkədə adam öz Vətəninə zalımın üzərində istədiyi fiqurları cızdığı müstəvi kimi baxmaya bilmir…

Rüşvət də alırlar, rüşvət də verirlər…

Italiya mətbuatı yazır ki, Milan prokurorluğu deputat Luka Volonteyə qarşı Azərbaycan hökumətindən 2 milyon 390 min avro rüşvət aldığına görə cinayət işi açıb. Avropa Şurasının Parlament Assambleyasının sədr müavini olmuş Luka Volonte 2013-cü il yanvar ayının 23-də assambleyada Almaniyadan olan deputat Ştrasserin “Azərbaycanda 85 siyasi məhbus”la bağlı hesabatın keçməməsi üçün gördüyü işlərə görə bu qədər rüşvət alıb. Ittihamda deyilir ki, bu rüşvət Azərbaycandakı “Baktelekom MMC” adlı şirkətin kassasından mədaxil edilib. Pul köçürmələrində Britaniyanın “Polux Management LP” və Estoniyanın “Danske Bank”ı iştirak edib. Luka Volonteyə pulların təhvil verilməsində Azərbaycandan olan deputat Elxan Süleymanov və onun Müslüm Məmmədov kimi həmkarları vasitəçilik ediblər.

Gördüyünüz kimi, rüşvətxorlar xalqa elədikləri zülmlər haqqında, ölkənin talan edilməsi barədə susmaları üçün yadlara rüşvət verirlər. Görün nə əməllərə əl atır, Azərbaycanı nə günə gətiriblər.

Bəs niyə Azərbaycan prokurorluğu susur, cinayət işi açmırlar bu məsələ ilə bağlı?

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button