2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Bircə “yumurta müharibəsi” olmasın – Rusiyaya ixrac bizə təhlükə yaradırmı?

Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər. Təklifi dəyərləndirmək üçün hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır. Sənədlər qaydasına salındıqdan sonra Rusiyaya yumurta ixrac edəcəyik. Bəs bu ixracdan qazancımız nə olacaq? Bir müddət öncə yumurtanın qiymətləri yüksək idi. “Kənd” yumurtası 30 qəpik, “şəhər” yumurtasının qiymətləri 18-20 qəpik arasında dəyişirdi. Hazırda isə marketlərdə broyler yumurtası 11-12 qəpiyə satılır. Bəs Rusiyaya yumurta ixracı yerli bazara təsir edəcəkmi? Ümumiyyətlə, ixrac üçün potensial varmı?

Ekspertlər hesab edirlər ki, yumurtanın ixracı daxili bazarda bahalaşmaya səbəb olmayacaq. Çünki bazarda təklif tələbi üstələyir. Ölkədə illik 2 milyarda qədər yumurta istehsal olunub. Daxili bazarın tələbi isə 1,7-1,8 milyard ədəddir.

“Onlara veriləcək yumurta artıqlaması ilə var”

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirir ki,  yumurta ilə bağlı heç bir problemimiz yoxdur: “Azərbaycanda süfrə yumurtasına gündəlik tələbat, təxminən 3 milyon 600 min ədəddir. Bundan 20-30 faiz də artıq istehsal edirik. Təxmini 5,2-5,3 milyon civarında istehsalımız var. Rusiyanın iri market şəbəkələri isə illik 6 milyon 800 min yumurta istəyir. Əgər müqavilə bağlanarsa, onlara veriləcək yumurta artıqlaması ilə var”.

“Anbarlarda 45 milyon yumurta qalıb”

Mütəxəssis vurğulayır ki, Azərbaycanda anbarlarda 45 milyon yumurta qalıb: “Bu gün üçün bizim anbarlarda daxili tələbatdan artıq 45 milyona yaxın yumurta yığılıb. Hazırda ölkəmizdə fəaliyyət göstərən quşçuluq müəssisələri nəinki daxili bazarı yumurta və quş əti ilə tam təmin etmək imkanındadır, həmçinin xarici ölkələrə ixrac üçün də ciddi potensial formalaşıb. Son aylarda quşçuluq təsərrüfatları tərəfindən ölkənin daxili tələbatından 10 milyonlarla artıq yumurta istehsalı qeydə alınmaqdadır. Yumurtaya tələbat olsa, daha çox istehsal edə bilərlər. Biz maksimum şəkildə çalışırıq ki, bazardakı artıq yumurtanı ixrac edək. Həm süfrə yumurtasının ixrac qabiliyyəti artsın, həm də bu sahədə bazarda ümumi tələb-təklif formalaşdıra bilək”. (Kaspi)

24 saat” “Bircə “yumurta müharibəsi” olmasın – Rusiyaya ixrac bizə təhlükə yaradırmı?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button