24saat.org “Birinci səni asacam” - Alışanova sui-qəsd işi üzrə məhkəmədə qalmaqal - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
“Birinci səni asacam” – Alışanova sui-qəsd işi üzrə məhkəmədə qalmaqal

Təqsirləndirilən Şücaət Əkbərovun qızı şahid qismində ifadə verdi:  “Atam heç toyuq başı da kəsməyib”

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

24saat.org xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Ş.Əkbərovun vəkili Ruslan Həsənov vəsatətlə çıxış edərək məhkəmə tərkibinə etiraz edib. Müdafiəçi vəsatətini məhkəmə kollegiyasının işə qeyri-obyektiv, qərəzli yanaşması ilə əsaslandırıb. Təqsirləndirilən Ş.Əkbərov vəsatətin təmin olunmasını istəyib: “Bəli, siz işə ədalətli baxmırsınız, gah deyirsiniz ki, pullar Alışanovun babasından qalıb, gah deyirsiniz ki, Belarusiya prezidenti Natiq Bağırovun ayağına gəlir… Anam rəhmətə gedib, Alışanov mənə məxsus olan mal-qaranın hamısını yığıb aparıb, hüzur yerində kəsməyə heyvan tapmıram. Belə Allahsızlıq olar? Niyə bunları araşdırmırsınız?”
Müşavirədən sonra hakim bildirib ki, etiiraz əsassız olduğu üçün baxılmamış saxlanılır. Ş.Əkbərovun digər vəkili İmanqulu Həsənov isə vəsatət verərək məhkəmədən yenidən Şamaxıda hadisə yerinə və torpaq sahələrinə baxış keçirilməsini istəyib. Bu vəsatət də təmin olunmayıb.
Təqsirləndirilən Aqşin Hüseynov məhkəməyə bildirib ki, prosesdən əvvəl digər təqsirləndirilən Ş.Əkbərov onu təhqir edib, ailəsi haqqında nalayiq ifadələr işlədir. Aqşin Hüseynovun vəkili Nüşabə Ağayeva da bunu təsdiqləyib.
Şücaət Əkbərov bildirib ki, iş üzrə zərərçəkən Hacı Babayev Aqşinin baldızı ilə telefonla danışır. Tərəflər arasında yenidən mübahisə yaranıb. Aqşin Hüseynov bildirib ki, Şücaətin nə traktoru, nə pulu olub, hamısı Alışanovun olub.
Şücaət Əkbərov isə A.Hüseynovun çıxışına etiraz edib. Onların arasındakı mübahisə getdikcə kəskinləşib. Ş.Əkbərov ona “səni mənim üzümə qoyurlar. Sən yaşamayacaqsan, özün özünü asacaqsan” deyib. A.Hüseynov isə “birinci səni asacam” cavabı verib. Hakim hər ikisinə xəbərdarlıq edib.

Ş.Əkbərovun vəkili İmamqulu Həsənov bildirib ki, Aqşindən Şücaətin əleyhinə ifadə təzyiq altında alınıb. “O danışığa gedib və yüngül cəza verilməsi qarşılığında əməkdaşlığa razı olub. Ona görə də Aqşinin ifadəsinin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm.

Hakim isə bildirib ki, bununla bağlı qərar verilib və bu səbəbdən vəsatət müzakirə edilmir. Hakim Aqşindən fikrini soruşub. A.Hüseynov “məni heç kim öyrətməyib. İstintaq zamanı nə sual veriblər, cavab vermişəm” deyib.

Daha sonra Ş.Əkbərovun qızı Cəmilə Tağıyeva şahid qismində dindirilib. O, ifadəsində atasının A.Alışanovu15 ilə yaxındır tanıdığını, ailəvi dost olduqlarını deyib: ”Bu iş başdan ayağa kimi qurmadır. Mənim atam heç toyuq başı da kəsməyib bu günə kimi. Müsabil də, Aqşin də yalan ifadə verirlər. Əgər onların bu cinayətdən xəbərləri vardısa, vaxtında niyə xəbər vermirdilər?”

C.Tağıyeva bildirib ki, AzTV- də və Binəqədi rayon icra hakimiyyətində işləyib. “Atam da hər zaman imkanlı, əlaqəli adam olub. Gözümü açıb evimizdə tanınmış adamları görmüşəm. Atam 22 il Şamaxıda işləyib. İndi deyirlər ki, atamın heç nəyi olmayıb”.

Tərəflərin suallarını cavablandıran şahid Şamaxıda alınan torpaqların hamısının A.Alışanovun sürücüsünün adına rəsmiləşdirildiyini deyib: “A.Alışanov pulu Hacıya verirdi, indi Hacı deyir ki, mən torpaq sövdələşmələrində iştirak etməmişəm, amma Hacı həmişə qiymət üstündə dava salırdı. Alınan torpaqlar da Hacının adına alınırdı. Mənim, yaxud anamın adına heç bir torpaq olmayıb Atam sadəcə “makler” idi. Korrupsiya ilə pul qazanmayıb. Mən özüm də həmin vaxt AzTV-də işləmişəm. Alışanov 3 min işçini AzTV də qoyub gəlir, Şamaxıda torpaq işi ilə məşğul olurdu. Onun aylıq maaşı 1800-200 manat idi, amma soruşan yoxdur ki, milyonalrla torpağı hansı pulla almısan”.
Müdafiəçinin “əgər atanın maddi imkanı yaxşı idisə niyə ürəyindən əməliyyat olunanda pulunu Alışanov ödəyib?” sualına şahid belə cavab verib:

İlk dəfə əməliyyatla atamın ürəyinə “stend” qoyulanda pulunu özümüz vermişik. İkinci dəfə əməliyyat olunanda isdə bir çox dostları orada idi. Alışanov da yaxı dostu kimi gəlmişdi və əməliyyat pulunu ğz təşəbbüsü ilə boynuna götürmüşdü. Ş.Əkbərov yerindən müdaxilə edərək xəstəxanaya gedəndə cibində 13 min manat pul olduğunu bildirib.
Daha sonra zərərçəkmiş Dəyanət Cəfərov şahidə sual verib. Zərərçıkmişin “atanız həbs olunduqdan sonra siz beş dəfə Az TV yə məktub yazaraq onun bağışlanmasını istəmisiniz. Əgər atanızın günahı yox idisə niyə bağışlanmasını istəyirdiniz” sualı verib. C.Tağıyeva bildirib ki, həmin vaxt tutduqları vəkil onları aldadıb və bildirib ki, Müsabili buraxıblar, belə müraciət etsə, Şücaəti də buraxa bilərlər.

C.Tağıyeva istintaqa verdiyi ifadəyə oxumadan qol çəkdiyini və hazırda təsdiqləmədiyini bildirib.

Şahid suallara cavab olaraq, Xırdalandakı evin anasının adına olduğunu, “Prado” markalı avtomobili isə yoldaşı ilə birlikdə aldığını deyib. maşönı həyat yoldaşmla almışam. Şahid qeyd edib ki, sözügedən əmlakları pay torpaqlarını sataraq əldə etdiyi vəsaitlə alıb.

Alışanovun aldığı milyonlarla qiyməti olan torpaqların korrupsiya pulu ilə alındığı barədə şahidin açıqlaması ilə bağlı prokuror belə sual verib:

“Həmin vaxt maraqlanmışdınızmı ki, Alışanov bu pulalrı haradan qazanıb, yoxsa sonradan bu qənaətə gəldiniz?”
C.Tağıyeva: Həmin vaxt Alışanovun nə qədər torpaq aldığını, nə qədər pul xərclədiyini bilmirdim, çünki məni maraqlandırmırdı. Atam tutulandan sonra maraqlanmağa başladım. Çünki bilmək istıəyirəm ki, atamı nə adla tutublar?

Şahid əlavə edib ki, Nağaraxana kəndində olan dədə-baba evləri hazırda A.Alışanovun bacısı qızı Nilufərin adınadır. Onun sözlərinə görə, anssını təhdidlə notariata apararaq, evi öz adlarına keçiriblər.
Bununla bağlı hüquq-mühafizə orqanalrına şikayət etməməsinin səbəbini isə belə izah edib ki, əvvəlki vəkilləri Rəfail Mənsimov onları qorxudub ki, şikayət etsəniz sizi də tutarlar.

Tərəflərin suallarını cavablandıran şahid əlavə olaraq bunları deyib: “Camaat qan ağlayırdı. Alışanov işçilərə 160 manat maaş verirdi, özü isə 5 milyona torpaq alırdı. Alışanovun bu gün də atama 1 milyondan çox borcu var. Atamdan tutulmağının əsl səbəini soruşdum, dedi ki, Alışanovun Şamazıya özüylə gətirdiyi qızı dağda öldürdüyünü bildiyi üçün onu titdirir. Tutulmamışdan əvvəl də atama iki dəfə sui-qəsd olub”.

İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə Barəsində , bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.