Loading...
Loading...
ManşetSiyasət

Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.

24saat.org xəbər verir ki, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncama əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.

Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.

Hələlik Birinci vitse-prezidentin 4 köməkçisi – Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimov təyin edilib.

Gözdən qaçırmayın:  Lavrovun sələfi onu Rusiyanın biabırçılığına görə istefa verməyə çağırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button