2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Birləşmiş Ərəb Əmirlikləri İsraili tanıdı


ABŞ prezidenti Donald Trump avqustun 13-də bəyan edib ki, İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) aralarındakı münasibətlərin normallaşdırlmasına dair razılığa gəliblər.

BBC-nin xəbərinə görə, Trump, İsrailin baş naziri Benjamin Netanyahu və Abu Dabinin vəliəhd şahzadəsi Mohammed bin Zayedin birgə bəyanatında deyilir ki, onlar “bu tarixi qərarın Yaxın Şərqdə sülhü inkişaf etdirəcəyinə edirlər”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bu razılaşmasının şərti olaraq İsrail Qərb sahilinin işğal olunmuş geniş ərazilərinin ilhaqı planlarını ləğv etməlidir.

İndiyədək İsrail və BƏƏ arasında diplomatik münasibətlər olmayıb.

Buna baxmayaraq İranın regional təsirindən ortaq narahatlıq tərəflər arasında qeyri-rəsmi əlaqələrin yaranmasına səbəb olub.

Trump-ın bəyanatından dərhal sonra Netanyahu yazdığı tvitdə hadisəni “tarixi gün” adlandırıb.

 

BƏƏ-nin ABŞ-dakı səfiri Yousef Al Otaiba deyib ki, razılaşma “həm diplomatiyanın, həm də regioun qələbəsidir”:

“Bu ərəb-İsrail münasibətlərində əhəmiyyətli irəliləyişdir, gərginliyi azaldacaq və pozitiv dəyişiklik üçün yeni enerji yaradacaqdır”.

Bu, İsrail 1948-ci ildə müstəqilliyini elan edəndən bəri onun hər hansı ərəb ölkəsi ilə üçüncü razılaşmasıdır. Belə bir razılaşma Misirlə 1979-cu, İordaniya ilə 1994-cü ildə imzalanıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button