Now Reading:
Birləşmiş Ştatlar BMT-nin İranda təftiş aparmasını istəyir

Prezident Donald Trump-ın İranla 2015-ci il nüvə sazişindən çıxmasına baxmayaraq, Ağ ev BMT-nin İranın nüvə obyektlərində təftişləri davam etdirməsini istəyir.

 

Administrasiyanın aparıcı rəsmiləri mayın 10-da bildiriblər ki, prezident Trump monitorinqin davam etməsini istəyir və İranda müfəttişlər komandasının saxlanmasından ötrü BMT-nin nüvə agentliyinə gərəkən pulu ayıracaq.

“Birləşmiş Ştatlar Beynəlxalq Atom Enerjisi Agentliyinin İrandakı təftişlərini dəstəkləməkdə davam edəcək”, – Birləşmiş Ştatların Vyanadakı Beynəlxalq Atom Enerjisi Assosiasiyasındakı missiyasının rəsmisi dpa agentliyinə deyib.

“DÜNYADA ƏN SAĞLAM” NÜVƏ MONİTORİNQİ REJİMİ

Tehranın dünyanın aparıcı ölkələri ilə imzaladığı saziş istənilən obyektin 24 gün ərzində müfəttişlərin üzünə açılmasını İran üzərinə öhdəlik kimi qoyur. Bundan başqa saziş İranda bəzi obyektlərə günün 24 saatı məsafədən nəzarət sistemi tətbiq edib.

İranda etirazçılar Trump-ın şəklini yandırırlar
İranda etirazçılar Trump-ın şəklini yandırırlar
Sazişi dəstəkləyən Avropa ölkələrinin fikrincə, bu sənəd “dünyada ən sağlam” nüvə monitorinqi rejimi tətbiq edir.

Ancaq Trump və təmsilçiləri təftişlərin yetərincə sərt olmadığını bildirir. Onlar İranın aparıcı rəsmilərinin bir məsələdə təkid etməsinə diqqət çəkirlər – BMT müfəttişləri heç vaxt yüksək dərəcədə həssas hərbi obyektlərə buraxılmayacaq.

“Amerikalılar bizim hərbi və həssas obyektlərini ziyarət etmək arzularını məzarlarına aparacaqlar. Bu, heç vaxt baş verməyəcək”, – İranın ali dini lideri Ayatollah Ali Khamenei-nin müşaviri Ali Akbar Velayati sentyabrda deyirdi.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.