Now Reading:
Bitkoinə sərmayə qoymağa dəyərmi?

Son vaxtlar rəqəmsal valyutalar arasında getdikcə məşhurlaşan bitkoinlərlə bağlı maraqlı mənzərə yaranıb

Bu valyutanın hər gün dəyərini artırması isə birmənalı qarşılanmır.

Tanınmış iqtisadçı Qubad İbadoğlu özünün Facebook səhifəsində bitkoinlə bağlı proqnozlarını bölüşüb.
“Rəqəmsal valyutalar arasında getdikcə daha məşhurlaşan bitkoinlərlə bağlı son zamanlar yaranan marağı nəzərə alaraq fikirlərimi qısa şəkildə bölüşürəm. Əvvəla qeyd edim ki, 2009-cu ildə 1 ABŞ sent nominal dəyəri ilə tədavülə çıxan bitkoin 1 ay sonra 1 dollara, 2 il sonra 10 dollara, hazırda isə 16,5 min dollara satılmağa və tədiyyə vasitəsi kimi bəzi hesablaşmalarda istifadə olunmağa başladı. Son dəyərləndirmələrə görə, ümumi bazar dəyəri 329 milyard dollar təşkil edən bitkoinin taleyi çox adamı düşündürməyə və narahat etməyə başlayıb. Fikrimcə, bu valyutanın dəyəri virtual bazarda əsasən spekulyativ tələb və təklifə bağlı olduğundan onun real bazar dəyəri formalaşmasınadək ziqzaqvarı dəyişiklər gözləniləndir. Amma, bitkoinin bazar dəyərinin belə sürətlə davamlı artması mümkün deyil. Bitkoinin taleyi bazar payı yüksək olan şirkətlərin bu valyuta ilə hesablaşmalara keçidindən, onu aparıcı ölkələrin Mərkəzi Banklarının tanımasından və tədavülə buraxmasından asılı olacaq. Odur ki, bitkoinə sərmayə qoyanlar indiki şərtlərlə qumar oynamaq qədər riskə gedirlər. Çünki, hələ özünü valyuta bazarında tam təsdiq etməyən, hesablaşmalar üçün yüksək komission haqları və tələb olunan əlavə vaxta görə klassik valyuta vahidlərindən geri qalan bitkoinlə böyük pullarla “oynamaq” təhlükəlidir”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.