2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bitkoin üçün tarixi gün – ilk dəfə rəsmi valyuta statusu alacaq

Tamara Mustafayeva, Banco.az

Bu gün bütün kriptovalyuta növləri üçün tarixi gün hesab edilir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bu gün Salvadorda bitkoin ilk dəfə rəsmi valyuta statusu alacaq. “Milli rəqəmsal cüzdan”da qeydiyyatdan keçən hər vətəndaşa 30 dollar dəyərində bitkoin veriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bu xəbərdən sonra ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 1,8% bahalaşmaqla 52 min 600 dollara çatıb. 

Qeyd edək ki, Salvador prezidenti Nayib Bukele ilk dəfə bu ilin iyun ayında bitkoinin rəsmi valyuta kimi tanınmasına dair qanun layihəsini konqresə təqdim edəcəyini açıqlamışdı. Sözügedən qanunun konqres tərəfindən təsdiq edilməsi ilə ölkədə ABŞ dolları ilə yanaşı bitkoinin də istifadəsinə qərar verilmişdi. Bu gün isə həmin qanun qüvvəyə minəcək.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button