2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

‘Biz də gərək 99 il əvvəlki kimi parlamentli Respublika qurardıq’ [video]

Azərbaycan Cümhuriyyətinin yaradılmasından 99 il keçir. 1918-ci ilin mayın 28-də yaradılmış cümhuriyyət iki il sonra Sovet qoşunlarının müdaxiləsi ilə süquta uğradı.

Azərbaycan bir də müstəqilliyinə 1991-ci ildə, imperiyanın süqutundan sonra qovuşdu.

Saytların yığılması Saytlarin yigilmasi

2-ci respublika 1-cinin ənənələrinə nə qədər sadiq varisdir, nə ilə fərqlənir, nə ilə eynidir?

Təhlilçilər bu iki dövlətin ən mühüm ortaq cəhətinin, rəsmi olaraq demokratiyanı əsas hədəf qoymasının üzərində dayanırlar.

Buna da bax:​ Prezident ‘Cümhuriyyət sərəncamı’ imzaladı, ancaq…

Özünü Azərbaycan Cümhuriyyətinin ideyalarının davamçısı sayan, müxalif ReAl Hərəkatının İdarə heyətinin üzvü, Azər Qasımlı hesab edir ki, indikindən fərqli olaraq 1-ci respublikanın mahiyyəti də demokratik idi.

“Reallıqda təəssüf ki, Azərbaycan Respublikası cümhuriyyət deyil. Xüsusilə son referendumdan sonra hakimiyyət bir şəxsin əlində uzun müddətə cəmləşib. Reallıqda cümhuriyyət dünyada köçüb”.

Azər Qasımlı deyir ki, indiki hakimiyyətdən fərqli olaraq, cümhuriyyətdə hökumətlər tez-tez dəyişirdi.

Buna da bax:​ ‘Müstəqillik mübarizəsində nə Əliyev, nə də komandası iştirak edib’

O başqa bir fərqə diqqəti çəkir, deyir ki, Cümhuriyyət parlament respublikası idi, indiki Azərbaycan isə prezident üsul-idarəsidir. Azər Qasımlının fikrincə, Azərbaycanda Milli Məclis öz parlament funksiyasından daha çox prezident Administrasiyasının notarial ofisi rolunu oynayır:

“ADR-in parlamenti daha demokratik, daha rəngarəng idi. Biz də gərək müstəqillik bərpa olunandan sonra parlamentli respublika qurardıq”.

Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının üzvü Cəbi Bəhramov isə bu deyilənlərlə razılaşmır, bildirir ki, ölkədə referendumda da, prezident üsul idarəsinin müəyyənləşməsində də xalqın iradəsi nəzərə alınıb:

Buna da bax:​ ‘Deyə bilmərik ki, Azərbaycan Cümhuriyyəti demokratiyanın ən bariz nümunəsi idi’

“İndiki müasir dövrdə demokratiya oyunu Qərb dövlətlərinin müsəlman dünyasına qarşı etdiyi cinayətlər üçün bir pərdədir. Biz özümüz seçirik hansı dövlət quruluşu bizim üçün qəbuldur. Biz özümüz seçirik, necə yaşayırıq və kimi seçirik. Bizə heç kimin dərsi lazım deyil. Əgər elədirsə, niyə ABŞ heç bir səbəb olmadan İraqa müdaxilə edib, o dövlətin başçısını devirdi. Bu xalq onu seçmişdi, onun üçün idi.

Yaxud indi Rusiya ilə birlikdə burnunu soxub Suriyaya. Onların orda nə işi var. Xalq özü bilər kimi seçər. Bizim seçimimiz xalqın seçimidir”.

Cəbi Bəhrəmov hesab edir ki, 2-ci respublika 1-ci respublikanın uğurlu varisidir, demokratik quruluşdur.

Biz Bakı sakinlərini də müzakirəyə qatmışıq. Gəlin onların fikirlərini izləyək:

Müasir Azərbaycan Respublikasında demokratiyanın durumu beynəlxalq hesabatlarda da tənqid olunur. Hakimiyyət rəsmiləri bununla razılaşmır.

Buna da bax:

Buna da bax:

Buna da bax:

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button