2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Biz öz mənzillərimizdə kirayəçi kimi qalırıq''

Saytların yığılması Saytlarin yigilmasi
Zahid Oruc
Zahid Oruc.

Yeni tikililərin idarə edilməsi ilə bağlı qanun layihəsi müzakirə olundu

“Biz öz mənzillərimizdə kirayəçi kimi qalırıq. Belə ki, bəzən mənzil sahibi 100-150 manat kommunal haqq ödəyir. Qapalı şəhərciklərdə bu məbləğ hətta 200 manata da yüksəlir. Əslində mənzil sahibi blokun təmizlənməsi, liftdən istifadə, eləcə də binaların təmirinə görə kommunal haqq ödəyir. Nəzərə alsaq ki, binalar 5-7 ildən bir təmir edilir, belə olan halda ödənilən vəsait hara gedir? Buna görə də yeni qanuna ehtiyac var”.

Bu fikirləri Milli Məclisdə Mənzil Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunun müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

Layhə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəllədə çoxmənzilli binaların idarə edilməsinin 3 forması müəyyən edilib:

“Çoxmənzilli binalar ya bilavasitə, yəni bir nəfərin seçilməsi, ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, ya da əvvəlki qaydada idarə edilir. Məcəllədə çoxmənzilli binaların idarə olunmasının vahid qaydası nəzərdə tutulmamışdı. Bu dəyişiklik məhz çoxmənzilli binaların idarə olunmasının vahid qaydasını nəzərdə tutur”.

Yeni əlavəyə əsasən, nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir.

Göstərilən qaydanı pozmaqla, çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Bundan başqa, qanun bir sıra maddələrinə yeni maddədən irəli gələn zəruri dəyişikliklər təklif olunur. Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olunub.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button