2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Biz Rusiyaya təsir göstərə bilmərik, amma…”

Azad İsazadə: “Ruslar hər yerdə istədiklərini edir” Rusiyanın Ermənistana “İsgəndər” raketləri verməsi Azərbacanda ciddi müzakirələrə səbəb olmaqdadır.

Nə qədər qəribə görünsə də bəzi siyasilər hesab edir ki, rəsmi Bakı baş verənlərdən sonra Rusiyadan “İsgəndər” raketlərini Azərbaycana da satmağı tələb etməli, ondan yeni raketlər almalıdır. Maraqlıdır, doğrudanmı Azərbaycan Rusiyanın ermənilərə etdiyi bu jestə rus silah bazarından yeni raketlər almaqla cavab verməlidir? Yoxsa Rusiyanı onun silah bazarından tamamilə imtina etməklə hədələmək Kremlin ermənilərlə bağlı siyasətinə daha ciddi təsir göstərə bilər? 24saat.org-a açıqlama verən hərbi ekspert Azad İsazadə bütün hallarda Rusiya ilə ultimatum dilində danışmağın təhlükəli olduğuna diqqət çəkdi: “Aydındır ki, Azərbaycan Rusiyaya təsir göstərə bilməz. Ruslar onsuz da istədiklərini edirlər. Ukrayanada da, Suriyada da biz buna şahdi olduq. Odur ki, biz Rusiyaya qarşı yalnız müəyyən beynəlxalq müqavilələr çərçivəsində, bu müqavilələrə söykənən tələblər irəli sürə bilərik. Lakin bunsuz Rusiya ilə tələb dilində danışmaq, sərt davranmaq ölkəmiz üçün arzuedilməz nəticələrə səbəb ola bilər. Rusiya ilə ehtiyatla davranmaq və dünyadakı mövcud reallıqları nəzərə almaq lazımdır”. Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button