2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Bizi hakimiyyət indi Afrikaya həsəd aparmağa məcbur edir

AXCP sədri Əli Kərimli uzaq Afrikanın Keniya ölkəsində prezident seçkilərinin nəticələrinin saxtakarlıq iddiaları səbəbindən ləğv edilməsi barədə fikirlərini fb səhifəsində bölüşüb:

Saytların yığılması Saytlarin yigilmasi

“Eh, yazıq Vətən! Sənə necə qıydılar? Etiraf edin ki, Keniyada (Afrika) prezident seçkilərindən sonra müxalifətin namizədi Rail Odinqa saxtakarlığın miqyasına işarə edərək, “belə kütləvi saxtakarlıq ancaq Azərbaycanda ola bilərdi” deyəndə xətrinizə dəymişdi. Ürəyinizdən keçmişdi ki, gör bu Odinqa bizə nə deyir. Bizə, o millətə ki, təkcə islam aləmində deyil, bütün Şərq dünyasında ilk demokratik respublikanı qurmuşuq, ilk opera, qadınlara seçki hüququ… qalanını da hamınız bilirsiniz.

Təəssüf ki, bu şərəfli keçmiş keçmişdə də qalıb. 25 yaşlı dövlətimizi 24 illik əsarətdən sonra acgöz rejim elə hala salıb ki, Odinqa nə desə haqq edir. Zatən, Odinqa haqlı çıxdı. Onun ölkəsi bu miqyaslı saxtakarlığı qəbul etmədi, Ali Məhkəmə seçkilərin nəticəsini ləğv edib, yeni seçki təyin etdi. Bayram günlərində boş vaxtınız çox olacaq. Ölkəmizin haradan haraya gətirildiyini də bir düşünün.”

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button