2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Bizi separtizmdə günahlandıranlar demokratik dəyərlərə hazır deyillər”

Sual: Hilal bəy, ATİŞ olaraq yaydığınız son hesabat xeyli müzakirələrə yol açdı. Hesabatı yayanları və yayımlayan media orqanlarını separatizmdə suçladılar. Belə bir hesabatın məhz indi yayılmasına zərurət haradan yaranmışdı?

Cavab: Bu il Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Sazişi”nin Azərbaycan Respublikası (AR) tərəfindən ratifikasiya edilməsinin 20 ili tamam olur. Həmin sazişə əsasən, Azərbaycan hakimiyyəti hər 5 ildən bir Milli Azlıqlarla (MA) bağlı  Avropa Şurasının müvafiq strukturları qarşısında hesabat təqdim etməlidir. Bu ilin sonuna qədər (əslində bu ilin oktyabr ayı üçün) nəzərdə tutulmuş həmin hesabatla bağlı, biz də – “Azərbaycan Respublikasında Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişinin” talış xalqına münasibətdə 2016 – 2021-ci illər ərzində realizəsi ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının hazırladığı Alternativ Hesabat” adlı bir  mövqe sənədi hazırladıq və paylaşdıq ki, bu problemin həllində bir vətəndaş cəmiyyəti kimi  yardımçı olaq…

Bu hesabatımız Avropa Şurası (AŞ) üçün hazırlanmış və 2016-2021-ci illər ərzində “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Sazişi”- nin Azərbaycan Respublikasında talış xalqına münasibətdə həyata keçirilməsi (əslində keçirilməməsi) vəziyyətini xarakterizə edir. Sənəddə “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Sazişi”-nin normalarının tələbləri ilə Azərbaycanda onların (sözü gedən tələblərin) azlıqda qalan talış xalqına münasibətdə hansı formada realizə olunması arasında konkret faktlara istinad edilməklə real vəziyyətin canlandırılmasına cəhd edilmişdir…Amma təəssüflər olsun ki, ölkəmizin Avropa Şurasına qoşulduğu 2000-ci ildən bəri bütün əvvəlki hesabatları qeyri-səhih və formal xarakter daşıyıb… Məhz hesabatımızın indi yayımlanmasının əsas səbəbi də mövcud  qüsurların  tələb edilən növbəti hesabat dövrü ərzində aradan qaldırılması naminədir, daha 5 il sonranı gözləməyə nə ehtiyac var idi ki?! 

Saytların yığılması Saytlarin yigilmasi

Bəzilərinin  bizi “separatizmdə” suçlamalarına gəldikdə isə, güman edirik ki,  bu,  cəmiyyətimizin bu kimi məsələlərin məlumatsızlığından və həm də demokratik dəyərlərin mənimsənilməsinə hələ tam hazır olmamasından  irəli gəlir.   

Sual:  Hesabatda talışların hüquqlarının pozulduğunu vurğulayırsız. Amma deyə bilərsinizmi ki, Azərbaycanda hansısa başqa bir etnik varmı ki, onların vəziyyəti talışlardan daha yaxşıdır. Niyə məhz ancaq talışları bu məsələlərlə gündəmə gətirirsiz?

Cavab: Azərbaycan Talışları İctimai Şurasının (ATIŞ) – Azərbaycan Respublikasının köklü xalqlarından biri olan talışların hüquqlarının realizəsinə və qorunmasına cəhd etmək; Azərbaycan Respublikasının Konstitusiyasının və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərin müəyyən etdiyi normativlər çərçivəsində dinc şəkildə, səbr, ağıl və təmkinlə ölkədə sivil vətəndaş cəmiyyəti quruculuğuna nail olmaq naminə bir qrup azadfikirli talış ziyalıları tərəfindən yaradılmış təşkilatdır. Ölkəmizdəki digər xalqların bu və ya digər problemlərinə laqeyd qalmasaq da ümidvarıq ki, onların da öz  cəmiyyətləri var və ya yaradıla bilər ki,  müvafiq milli-etnik məsələrini bu cür ortaya qoyub müzakirə etsinlər. Hələ ki cəmiyyətimizin ümum tərəqqisi naminə biz ilk nümunəyik və bu xoş məramda digərlərinə də örnək və dəstək ola bilərik… 

Sual: Bu hesabatın İranla Azərbaycanın münasibətlərinin gərginləşdiyi bir dövrdə ortaya çıxmasını bir çoxları qabardırlar. Adətən İran və qonşu digər ölkələr tarix boyu Azərbaycana qarşı həmişə talışlardan və digər etniklərdən istifadə etməyə çalışıblar. Bu ərəfədə bu hesabatın ortaya çıxmasında İran izinin olmamasını cəmiyyətə isbatlaya bilərsinizmi?

Cavab: Yuxarıda hesabatımızın gündəmə gəlmə zərurətinin səbəblərini izah etdik və  bunun İran-Azərbaycan münasibətlərinin bugünki ya dünənki münasibətlərinə  heç bir aidiyyəti yoxdur. Qaldı ki, “talışların bu və ya digər ölkə ya qüvvələr tərəfindən “tarix boyu” Azərbaycana qarşı  istifadə cəhdlərinə”, bu tamamilə əsassız, yanlış və hətta xalqımıza qarşı böhtan və təhqirdən başqa bir şey deyil.  Güman ki, bu səhv mövqe  talışların qədim və müasir tarixlərinə zərrə qədər bələd olmamaqdan irəli gəlir. Talışlar tarixən məskunlaşdıqları torpaqlarına və ölkələrinə ən sədaqətli xalq olmaqla yanaşı, azadfikirli və ədalətli mövqelərilə də seçiliblər. Bu gün onlar məlum tarixi haqsızlıqlar səbəbindən, Azərbaycan türkləri kimi ikiyə bölünsələr də ölkələrini və qonşularını eyni sədaqət və məhəbbətlə sevir və heç bir siyasi oyunlara alət ola bilməzlər. İstər bizim taydakı, istər İran tərəfdəki Azərbaycan  – biz talışların qədim, doğma və əzəli  yurdu-vətəni olmuşdur! Neyləyək, bu gün BMT tərəfdən tanınmış  iki müstəqil dövlət arasında bölünsək də, hər iki dövlətin suveren hüquqlarına hörmətlə yanaşmaqdan başqa digər yolumuz yoxdur! Odur ki, hesabatımızda onun-bunun yox, yalnız və yalnız Vətənimiz – Azərbaycanın izi ola bilər! Bununla belə, ATİŞ tərəfindən qəbul edilmiş hesabatda hər iki ölkə sərhədləri boyunca parçalanmış xalqlarımız arasında “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Sazişi”-nin tələblərinə müvafiq olaraq azad və dinc əlaqələrinin bərpa və qorunmasını diləyirik. Amma xeyli təəssüf olsun ki, bilavasitə bizim ölkə tərəfindən xalqlarımızın hər hansı  elmi-mədəni əlaqələrinə süni yollarla maneçilik göstərilir və bununla bağlı mövcud sənəddə kifayət qədər faktlar sadalanır…Lakin qonşu İran tərəfinin də bir çox məsələlərdə, məsələn, prof. Novruzəli Məmmədovun və ya bizim guya “İrana işləməkdə” suçlanıb haqsız həbsimiz zamanı tutduğu susqun və seyirçi mövqeyi də qətiyyən bizi qane etməmiş və bir çox KİV-də  əks olunmuş ciddi tənqidlərimizlə  qarşılanmışdır. 

Sual:  Ümumiyyətlə İranın Azərbaycana qarşı son addımlarına ATİŞ olaraq münasibətiniz necədir?

Cavab: Yuxarıda qeyd etdiyimiz kimi, biz xalqlarımızın parçalandığı hər iki müstəqil və suveren qonşu dövlətlər arasında səmimi, dost və sülhpərvər münasibətlərinin bərqərarını diləyir və bu yolda əlimizdən gələni əsirgəməməyə hazırıq. Ümidvarıq ki, hansısa məkrli qüvvələrin əliylə yaradılmış aramızdakı son soyuq münasibətlər də tezliklə aradan qaldırılacaq və əvvəlki xoş əlaqələrimiz bərpa olacaq.  

Sual: Tutaq ki, Azərbaycan hökuməti talışlara öz dillərində məktəb açmağa imkan yaratdı. Bundan sonra digər azlıqlarda öz dillərində məktəblər istədilər. Sizcə bu Azərbaycanda yaşayan xalqların birliyinin pozulmasına gətirib çıxarmayacaqmı?

Cavab: “Tutaq ki” yox,  bilavasitə ölkəmizin imzaladığı  “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Sazişi”nin tələblərindən biridir bu addım. Yeri gəlmişkən,  Konvensiyanın qəbulundan xeyli öncə, bu həm də 1992-ci ildə prezident Əbülfəz Elçibəyin  “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında “Azərbaycan Respublikası prezidentinin fərmanı”ndan;  1995-ci ildə isə prezident Heydər Əliyev tərəfindən  «Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi haqqında» qanunun hazırlanmasına dair  Nazirlər Kabinetinə  tapşırılmış rəsmi qərardan; ölkə Konstitusiyasının müvafiq maddələrindən və digər rəsmi sənədlərdən irəli gəlmiş tələblərdir.  Bu qədər mötəbər sənədlərə və  müəlliflərinin  mövqelərinə  şübhə ilə yanaşmaq hansı məntiqə sığır? Əksinə, onlar da tam əmin idilər ki, bu, xalqlarımızın daha da sıx birləşməsinə və ümum tərəqqisinə xidmət edən addımlardır… Lakin müəmmalı səbəblərdən, 30 ildir ki, bu xoş məram həyata keçirilmir. Demək, ölkəmizdə ya ondan  kənarda buna maneçilik göstərən və süni şəkildə aramızı vurmağa maraqlı olan daha dəhşətli məkrli qüvvələr var…

Sual: Nə təklif edirsiz? Azərbaycanın birliyinin pozulmaması, eləcə də azsaylı xalqların hüquqlarının qorunması üçün Azərbaycan hökuməti hansı addımları ata bilər?

Cavab: Bundan ötrü, ilk öncə yuxarıda qeyd etdiyimiz qanunların, o cümlədən, “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Sazişi”-nin tələblərinin icrasına başlanılmalı, Milli Məclis tərəfindən 2002-ci ildə qəbulu barədə  müzakirələrə başlanılmış (demək olar ki, artıq bütün MDB dövlətləri tərəfindən təsdiqlənmiş) “Milli Azlıqlar barədə Qanun” qəbul edilməlidir.

Ümidvarıq ki, ölkəmiz ATİŞ-in müvafiq hesabatından da bəhrələnəcək və qeyd etdiyimiz problemlərin aradan qaldırılmasına çalışacaqdır…   

Kamran Mahmudov

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button