24saat.org “Bizi terrordan Allah və polis faktoru qoruyub - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
“Bizi terrordan Allah və polis faktoru qoruyub

“Bizi terrordan Allah və polis faktoru qoruyub

“Bizi terrordan Allah və polis faktoru qoruyub”

Mahmud Hacıyev: “MTN təhlükəsizliyimizin qorunmasında heç bir rol oynamayıb”

 

Türkiyədə baş verən terror olayları Azərbaycanda da terraktlarla bağlı narahatlığın yaranmasına səbəb olmaqdadır.

Maraqlıdır, Azərbaycan terror olaylrından nə dərcədə sığortalanıb? Terrorizmə qarşı mübarizə aparmalı olan MTN-nin pul yığmaq və sahibkarları şantaj etməkl məşğul olduğu bunca illər ərzində ölkəmizdə terror olaylarının baş verməməsi nə ilə bağlıdır?

24saat.org-a açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“MTN-nin son 10-15 ildəki fəaliyyəti bütün dünyaya byan oldu və biz hər yerdə biabır olduq. Məlum oldu ki, MTN bizim təhlükəsizliyimizi qorumurmuş. Orda böyük bir quldur şəbəkəsi, quldur dəstəsi fəaliyyət göstərirmiş. Bu zaman sual meydana çıxır. Madam ki, MTN təhlükəsizliyimizin qorunmasında heç bir rol oynamırmış, o zaman niyə bizdə də terror aktları baş verməyib?

Mən tam məsuliyyətlə deyirəm ki, bizdə bu cür terraktların baş verməməsinə səbəb Allah və polisin fəaliyyəti olub. Bizi 50-nin 50-yə nisbətində bu iki amil qoruyub. Doğrudur, son vaxtlar Səngəçalda baş verən partlayışlar, neft patformalarındakı qəzalar terror versiyasını gündəmə gətirib. Bununla bağlı millət vəkillərindən tutmuş bəzi ekspertlərə qədər bir çox şəxslər öz fikrini bildirib. Onların bəzisi terror versiyasının da araşdırılması gərəkdiyini vurğulayıb.

Biz hər ehtimala qarşı diqqətli olmalıyıq. Türkiyə qonşu dövlətdir və əgər orada bu cür terraktlar olursa, bu, qonşu dövltələrdə də baş verə bilər. Terrordan heç bir ölkə sığortalanmayıb. Odur ki, ayaqda olmaqda fayda var”.

 

Seymur Əliyev

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.