2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Bizim beynәlxalq dәstәyә çox ehtiyacımız var…”

Dünən uzun zamandan bəri Gürcüstanda fəaliyyət göstərən tanınmış jurnalist Əfqan Muxtarlı yoxa çıxıb. Əfqan bəylə bağlı son məlumatları öyrənmək üçün onun Tbilisidəki  yaxın dostu Daşqın Ağalarlı ilə əlaqə saxladıq.

Saytların yığılması Saytlarin yigilmasi

Daşqın bәy, Әfqan Muxtarlı әn son sizinlә görüşüb. Yoxa çıxması haqqında nә deyә bilәrsiniz,? Әfqan bәylә bağlı yeni mәlumat varmı?

-Әfqan Muxtarlı ilә dünәn axşamüstü saat 19:10-da ayrılmışıq. Çörәk alıb evә getdi. Yoldaşı Leyla xanım gecikmәsindәn narahat olmayıb, bizimlә olduğunu düşünüb. Bütün gecәni evә getmәyib. Sәhәr tezdәn bu barәdә polisә rәsmi müraciәt etdik. Gedә bilәcәyi bütün yerlәrlә vә şәxslәrlә әlaqә saxladıq. Hazırda polis araşdırma aparır, ümid edirәm ki, Әfqan Muxtarlı sağ-salamatdır vә Azәrbaycana qaçırılmayıb. Әfqan bәy şәkәr xәstәsidir vә dәrmansız onun üçün çox çәtindir.

-Әfqan bәy Gözәl Bayramlının Hüquqlarının Müdafiә Komitәsinun iclasına telefonla qoşularkәn bildirmişdi ki, xeyli vaxtdır ki, izlәnilirsiniz. Bu barәdә nә deyә bilәrsiniz? Beynәlxalq vә yerli tәşkilatlara müraciәt etmişdinizmi bu barәdә?

-İzlәnilmә halı bizә qarşı hәr zaman olub. Son bir ildә, il yarımda açıq aşkar hal almışdı. Amma son 3 hәftәdә, ümumiyyәtlә, yaxın şәkildә, açıq-aşkar izlәnilirdik. Demәk olar ki, bizimlә çiyin-çiyinә gәzirdilәr. Gözәl Bayramlının hәbsindәn bir neçә gün öncә vә sonra bizi izlәyәnlәr demәk olar ki, әtrafımızdan aralanmırdı. Bizi izlәyәnlәr cәmiyyәt içindә özlәrini kobud vә provokativ aparırdılar. Görünür bizi tәxribata çәkmәk istәyirdilәr. Bu barәdә bütün insan haqları tәşkilatlarına mәlumatlar vermişik. Görüşdüyümüz beynәlxalq tәşkilatlara mәlumat vermişik. Ombudsman aparatının da xәbәri var izlәnilmәyimizdәn.

-Beynәlxalq vә yerli tәşkilatlara etdiyiniz müraciәtlәrin nәticәsi olubmu?

-Tәәssüflәr olsun ki, beynәlxalq tәşkilatlar da mәsәlәyә hökumәtin gözündәn baxırlar. Bildirirlәr ki, tәhlükәlәr ciddi deyil. Halbuki, tәhlükәlәr göz qabağındadır vә bu barәdә dә dönә-dönә danışılır. Biz dә istәmәrik ki, burada öz yerimizi pis edәk. Boş yerә Gürcüstan hökumәtini biz niyә günahlandıraq ki? Beynәlxalq vә yerli tәşkilatlardan heç kim mәsәlәyә aktiv müdaxilә etmir. Çox güman ki, hökumәt onları sıxışdırır ki, bizim Azәrbaycanla münasibәtlәrimiz xüsusi münasibәtlәrdir vә sizin addımlarınız bizim münasibәtlәrә zәrәr verir. Çox güman ki, bu sәbәbdәn dә onlar mәsәlәyә qarışmırlar, mәsәlәdәn yan keçirlәr. Hәtta elә tәşkilatlar var ki, nәinki, hökumәtә tәsir etmәk, hәtta dolayı yolla hökumәtin mövqeyindәn çıxış edir.

– SOCAR-ın Gürcüstandakı fәaliyyәtinin bu mәsәlәlәrlә әlaqәsi varmı?

– SOCAR Gürcüstanda әn böyük vergi ödәyicisidir. Gürcüstanın müәyyәn әrazilәrindә Heydәr Әliyevin heykәllәrini ucaldırlar, parklarını salırlar, SOCAR tv açırlar, öz tәsir imkanlarını genişlәndirirlәr. Biz bilirik ki, bizi izlәyәnlәrin çoxu SOCAR-ın tәhlükәsizlik xidmәtinin әmәkdaşlarıdır. Bizim beynәlxalq dәstәyә çox ehtiyacımız var, imkan daxilindә hәr kәs bu istiqamәtdә әlindәn gәlәni etsin.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button