''''Bizim Market'' mağazalar şəbəkəsində ikili mühasibatlıq vardı''

“Marketlərin aylıq ümumi dövriyyəsi 8 milyon olduğu halda bu rəqəm 2-2.5 milyon manat az göstərilirdi”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə Sahib Quliyev sərbəst ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib.

Bütün işlərim də qeyr-rəsmi idi

Sahib Quliyev bildirib ki, zərərçəkmiş şəxs kimi tanınan Rasim Salmanov onun xalasının əridir.

Rasim Salmanovun təklifi ilə “Bizim Market”lər şəbəkəsində işə başlayan Sahib Quliyev ilk olaraq nəzarətçi işlədiyini deyib: “2012-ci ilin dekabrında ilk olaraq “Bizim Market”lər şəbəkəsinə daxi olan marketlərdən birində işə başladım. Xətai rayonundakı “Bizim Market”də təsərrüfat sahəsində işlədim. Orada mal qəbuluna nəzarət edirdim. 2013-cü ildə Binəqədidəki “Bizim Market”in qida şöbəsinin mal qəbuluna nəzarət etməyə başladım. 2 ay sonra həmin mağazada müdir müavini vəzifəsinə təyin olundum. Bu göstərişləri Rasim Salmanov verirdi. Şəbəkənin icraçı direktoru Nizami Abbasov isə məni bu vəzifəyə təyin edirdi. Bu vəzifədə də 1 ay işlədim. Bütün işlərim də qeyr-rəsmi idi. Şifahi olaraq Rasim Salmanovun göstərişi ilə işləyirim.

1 ay müdir müavini işləyəndən sonra Rasim Salmanov məni, sonuncu iş yerim olan marketin müdirini və bacısı oğlu Samir Salamanovu “Maşın Bazarı”ndakı ofisinə dəvət etdi. Orada mənə dedi ki, sən artıq mənimlə işləyəcəksən, mənim işlərimi görəcəksən. Market müdirinə də bu haqda məlumat verdi. Müdiri marketə yola salanda mənə də evə getməyimi tapşırdı. Bir gün sonra Rasim Salmanovun bacısı oğlu Samirlə birlikdə notariusa getdik. Marketlər şəbəkəsi Vergilər Nazirliyində Pərvin Əfəndiyevanın adına olan VÖEN-lə qeydiyyatda idi. 

Samir Pərvin Əfəndiyevadan baş etibarnamə almışdı. Notariusda Samir mənə etibarnamə verdi ki, Pərvin Əfəndiyevanın səlahiyyətli nümayəndəsi olum”.

Sahib Quliyevin bundan sonra şəbəkədəki vəzifəsi artıb. O, qohumu Rasim Salmanovun maliyyə işlərinə nəzarət etməyə başlayıb. Marketlər şəbəkəsindən qazanılan milyonlarla yanaşı Rasim Salmanova məxsus olan Babək prospektindəki “Maşın bazarı”ından gələn gəlirə də 1989-cu il təvəllüdlü Sahib Quliyev nəzarət etməyə başlayıb:

Marketlərin aylıq dövriyyəsi 7-8 milyon idi

“Sonuncu dəfə “Bizim Market”lər şəbəkəsinin Maliyyə Departamentində işə başladım. Departamentin o zaman rəhbəri Nizami Abbasov idi. O, məni təlimatlandırdı, bütün işi başa saldı. 2014-cü ilin mart ayında Nizami müəllim gedəndən sonra Maliyyə Departamentinə rəhbərliyi mən həyata keçirməyə başladım.

Hər axşam marketlərin kassalarındakı pullar hesablanırdı. Səhər isə xəzinədar bütün marketlərdən pulu yığaraq ofisə gətirirdi. Pullar ofisdə sayılaraq seyfə qoyulurdu. Bu qədər nağd pulun ofisə gətirilməsinin təhlükəli olduğunu düşündüyüm üçün yeni sistem yaratmağı təklif etdim. “Yapı Kredi Bank”da hesab açdım. Həmin bank hesabı mənim adıma idi. Hər gün marketlərdən yığılan pullar bank hesabına köçürülürdü. Hesabdan da pulu yalnız mən çıxara bilirdim.

Sonradan Pərvin Əfəndiyevanın adına olan VÖEN donduruldu. Nənəm Xanımbacı İsmayılovanın adına VÖEN var idi. Ancaq bank hesabı mənim adıma açıldı. Buna səbəb isə nənəmin adına bank hesablarının olması idi. Bank hesabının fiziki şəxs kimi mənim adıma açılmasında əsas məqsəd vergidən yayınmaq idi. Bank hesabında yalnız ayda bir dəfə pul çıxarırdıq. Onu da firmalara ödəniş etmək üçün. Bütün firmalarla hesablşamalar ayın sonunda aparılır, ödənişlər ayın əvvəlində edilirdi. Bankdan pulu çıxarmağa gedəndə mənimlə birlikdə xəzinədar Emil Musayev və Xətai Rayon Mühafizə Xidmətinin əməkdaşı gedirdi.

Onu da qeyd edim ki, mən işlədiyim ərəfədə şəbəkəyə 11 market daxil idi. Onlardan yalnız birinin, Xətai rayonu, Xudu Məmmədov küçəsindəki marketin gündəlik gəliri bank hesabına köçürülmürdü. Həmin gəlir ofisin gündəlik xərclərinə istifadə edilirdi. Bütün marketlərin aylıq dövriyyəsi 7-8 milyon idi. Bank hesabında da ən azı 5 milyon pul olurdu.

Hər ayın əvvəlində bankdan pul çəkilməsindən Rasim Salmanovun xəbəri olurdu. Hər ayın əvvəli “Azərsun” şirkətinə 1 milyona yaxın, “Veysəloğlu”na 700-800 min, “Atropatena”ya 300-400 min, “Avrora”ya 400-500 minarası pul ödəyirdik. Digər kiçik ödənişlər etdiyimiz xeyli sayda şirkətlər də var idi. Onlara da 5-10 min manat ödənişlər edilirdi.

Bütün pullar şirkətlərə ödəniş etmək üçün çıxarılırdı. Həmişə də yanımda xəzinədar və mühafizə xidmətinin əməkdaşı olurdu. Amma tək də bank hesabından pul çıxardığım vaxt olub. Ancaq pul çıxaranda Rasim Salmanovun xəbəri olurdu. Hesabat verirdim”.

18 faizlik Əlavə Dəyər Vergisi tam olaraq ödənilmirdi

Sahib Quliyev ifadəsində qohumunun qanunsuz əməlləri barədə də məlumat verib. Onun dediyinə görə, hər ay şəbəkəyə daxil olan marketlərdən əldə edilən gəlirin bir hissəsi üçün vergi ödənilib. Ofisdə bu qara işləri yerinə yetirən “qara mühasibatlıq” olub:

“Bildirim ki, Vergilər Nazirliyi marketlərin ümumi dövriyyəsini bilmirdi. Şirkətdə 2 qol fəaliyyət göstərirdi. Biri rəsmi, digəri isə qeyri-rəsmi. Qeyri rəsmi olan qol “qara mühasibatlıq” adlanırdı. 18 faizlik Əlavə Dəyər Vergisi tam olaraq ödənilmirdi. Marketlərin aylıq ümumi dövriyyəsi 8 milyon olduğu halda vergidə bu rəqəm 2-2.5 milyon manat az göstərilirdi. Bununla da vergidən yayınma baş verirdi”.

Sahib Quliyev ifadəsində qeyd edib ki, qohumu Rasim Salmanovun “Maşın bazarı”ndan gələn gəlirini həftədə iki dəfə olmaqla yığıb və onun özünə çatdırıb: “Mən həmçinin Rasim Salmanovun “Maşın bazarı”ndakı işlərini də görürdüm. Həftədə iki dəfə bazardan yığılan pulları ona çatdırırdım. Həftənin üçüncü günü 70-80 min, sonunda isə 40-50 min manatı bazardan götürüb Rasim Salamanova aparırdım.

Mən işlədiyim müddətdə əvvəlcə 500 manat, sonra isə 1000 manata qədər maaş almışam. Sonuncu dəfə Maliyyə Departamentinin rəhbəri olarkən isə 1200-1500 manat maaş alırdım”.

Özümü qismən təqsirli bilirəm

Sahib Quliyev qohumu Rasim Salmanovun pullarını ələ keçirdiyi etiraf edib. Amma o deyir ki, ittihamda yazıldığı kimi 4 milyondan artıq məbləği ələ keçirməyib. S.Quliyev həmçinin ifadəsində qohumunun pulunu ələ keçirməsinin səbəbini də açıqlayıb: “Mən özümü qismən təqsirli bilərək bank hesabından özüm üçün pul çıxardığımı etiraf edirəm. Bunu Rasim Salmanovun çirkli əməllərini gördükdən sonra etmişəm. Onun bu əməllərindən sonra həmin pulu özümə götürməyi rəva bilmişəm. Amma qeyd edilən məbləğdə pulu mən mənimsəməmişəm. Bank hesabından pul çıxarmışam. Bunu inkar edə bilmərəm. Amma bu pulları Rasim Salmanova verdiyimi sübut edə bilmirəm. Çünki mən ona pul verəndə aramızda hər hansısa bir sənədə qol çəkilmirdi. Mən özüm üçün götürdüyüm məbləği etiraf edirəm və istintaq zamanı da bu məbləğin bir hissəsini ödəmişəm. 200 min manat və 60 min dolları da geri qaytarmışam”.

Sahib Quliyevin ifadəsində qeyd etdiyi diqqətçəkən məqamlardan biri isə qohumun qazandığı milyonları hara xərcləməsi ilə bağlıdır.

“Mənim Rasim Əliyevə verdiyim pullar Kanadaya, Türkiyəyə və digər ölkərlə köçürülüb. Orada mülklərin alınmasına istifadə edilib. Qeyd edim ki, Rasim Salmanov həmçinin Kanada vətəndaşıdır. Mən gözümlə sənədləri görmüşəm ki, o, Kanadada aldığı torpaq sahəsi və mülk üçün 6 milyon ödəyib. Həmçinin Türkiyədə 11 milyona ev alıb. Bütün bu pullar da vergidən yayınmaqla əldə edilmiş pullardır.

S.Quliyev qohumu Rasim Salmanovla aralarında soyuqluq yaranmasının səbəbini isə belə izah edib:

“Münasibətlərimiz çox yaxşı idi. 2015-ci ilin iyun ayında dedim ki, işdən çıxmaq istəyirəm. Dövlət işinə getmək istəyirdim. Dedi ki, məni tək qoyub niyə gedirsən? Bundan sonra münasibətlərimiz soyumağa başaldı”.

Növbəti məhkəmə prosesi aprelin 12-də keçiriləcək.

İttihama görə, Sahib Quliyev “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb. R.Salmanov şikayət ərizəsində yazıb ki, S.Quliyev onun 2 milyon manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. Eyni dələduzluq əməlində S.Quliyevin anası Həcər Quliyeva da təqsirləndirilir. Hər iki şəxsə cinayət işi açılıb.

24saat.org

Mənbə – www.meydan.tv

Paylaş:

General Maykl Flinn Rusiyadan pul aldığını etiraf edib

Sonrakı Yazı »

Varholun Mao portreti 12,7 milyon dollara satıldı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

BİZİMLƏ ƏLAQƏ

SON XƏBƏRLƏR

  • Bakı şəhər Səhiyyə İdarəsindən əlillik almaq istəyənlərlə bağlı absurd qərar

    4 həftə ago

    “Əlilliyin təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün poliklinikaya müraciət edən zaman absurd imtina cavabı ilə üzləşdik”. Bunu saytımıza müraciət edən Bakı şəhər sakini Aynur ...

    Ətraflı
  • Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

    2 ay ago

    Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü münasibətilə 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb. Bu barədə Mərkəzi Bankın ...

    Ətraflı
  • Məşhur azərbaycanlı ekstrasens güllələndi – FOTO

    2 ay ago

    Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.Anews.az xəbər verir ki, BAKU.WS-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus ...

    Ətraflı
  • ABŞ senatoru Donald Trampın impiçmentinə qarşı qətnamə təqdim edəcək

    2 ay ago

    Respublikaçı senator Lindsi Qrem bildirib ki, ABŞ senatına Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın impiçmenti prosedurunun keçirilməsi vaxtı aşkarlanmış səhvlərin olduğu qətnaməni təqdim etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu ...

    Ətraflı
  • Nazir: “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”

    2 ay ago

    “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”. “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə Prezident İlham Əliyevin yanında keçirilən ...

    Ətraflı
  • KİVDF-yə ayrılan vəsait artırılır

    2 ay ago

    2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri gələn ay parlamentdə müzakirəyə çıxarılacaq 2020-ci ilin büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ...

    Ətraflı
  • Məhkəmə baş redaktorla bağlı şikayəti rədd edib

    2 ay ago

    Anar Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılmayıb Oktyabrın 24-də Yasamal Rayon Məhkəməsi “Lombard N:1”in sahibi Məlahət Qurbanovanın “criminal.az” saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ...

    Ətraflı
  • “Kəndimizin örüş sahələri satılıb” – Ağsudan şikayət

    2 ay ago

    Ağsu rayonunun Bico kəndinin örüş sahələri, təxminən 1000 hektara yaxın ərazi, 2004-2006-cı illərdə müxtəlif şəxslərə 99 illik icarə müqavilələri ilə bələdiyyələr tərəfindən icarəyə verilib.  “Sözügedən ərazi kənd ...

    Ətraflı
  • Elina Hacıyevanın ölüm işi: direktora hökm oxundu

    2 ay ago

    Sevinc Abbasovanın azadlığı məhdudlaşdırıldı 162 saylı orta məktəbin keçmiş direktoru, 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasovaya hökm oxunub. Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər ...

    Ətraflı
  • Trump Türkiyə üzərindəki bütün sanksiyaların qaldırıldığını deyir

    2 ay ago

    Prezident Donald Trump oktyabrın 23-də bəyan edib ki, bir neçə gün bundan əvvəl Türkiyənin üzərinə qoyulmuş bütün sanksiyalar qaldırılır. Bu sanksiyalar Türkiyə ordusunun Suriyanın şimalındakı kürd qüvvələrinə hücumu ilə ...

    Ətraflı
  • Hindistanın vitse-prezidenti Bakıya gələcək

    2 ay ago

    Hindistanın vitse-prezidenti Venkaya Naydu bu gün Bakıya gələcək. “Report” xəbər verir ki, o, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində Hindistanın nümayəndə heyətinə rəhbərlik edəcək. Qoşulmama Hərəkatının sammiti zamanı təşkilata sədrlik üç ...

    Ətraflı
  • Zahid Oruc: ‘İslahatların sürəti prezidentin iradəsinə bağlıdır’

    2 ay ago

    Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AzadlıqRadiosuna prezidentin son sərəncamları haqda deyib: – Prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən elan etdiyi mühüm dövləti idarəetmə sistemindəki konsepsiyanı mərhələ-mərhələ həyata keçirməkdədir. ...

    Ətraflı
  • İlham Əliyev bunu da etdi

    2 ay ago

    Ramiz Mehdiyevi Elmlər Akademiyasına təpişdirdi Milli Şuranın sədri, tarixçi alim, professor Cəmil Həsənli dünən Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad eilən Ramiz Mehdiyevin Elmlər Akademiyasına prezident “seçilməsinə” münasibət ...

    Ətraflı
  • Ramiz Mehdiyev vəzifəsindən azad edildi

    2 ay ago

    Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib. ...

    Ətraflı
  • Mikayıl Cabbarov birləşdirilən 4 qurumun rəhbəri oldu

    2 ay ago

    Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib. Bundan başqaİlham Əliyev Fərman ...

    Ətraflı
  • 19 oktyabr zorakılığı ilə bağlı ictimai dinləmə olacaq

    2 ay ago

    Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətin 19 oktyabrda törətdiyi zorakılığı ictimai müzakirəyə çıxarır. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat paylaşıb. O.Gülalıyev feysbuk səhifəsində yazıb: “19 oktyabr ...

    Ətraflı
  • İstiqlalçı millət vəkilinin üzərində polis vəhşiliyinin izi FOTO

    2 ay ago

    19 oktyabr mitinqində polis vəhşiliyinə məruz qalanlardan biri də Milli Şura Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı millət vəkili İbrahim İbrahimli olub. Sosial şəbəkələrdə onun boğaznda polis zorakılığının izi ...

    Ətraflı
  • Şahin Mustafayev istirahətə göndərildi; Onun yerinə kim gətiriləcək?

    2 ay ago

    Öncə bu sualı cavablandıraq ki, baş nazirin müavini yüksək vəzifədir, yoxsa iqtisadiyyat naziri? Azərbaycan standartları ilə ölçsək birmənalı şəkildə nəinki iqtisadiyyat, hətta energetika naziri vəzifəsi də baş ...

    Ətraflı
  • Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

    2 ay ago

    Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. İlkin məlumata görə, əsgər ...

    Ətraflı
  • “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar dayandırılsın”

    2 ay ago

    İnsan haqları komissarı polis zorakılığından narahatdır “Ötən həftənin sonu Bakıda icazəsiz mitinqlərin polis tərəfindən vəhşicəsinə dağıdılması polisin davranışı və insanların Azərbaycanda dinc etiraz nümayiş etdirmək hüququ ilə ...

    Ətraflı
  • Döyənlər və döyülənlər: Güc tətbiqi kimə nə qazandırdı? – İlkin Rüstəmzadə

    2 ay ago

    Tarix hər bir epizodda tətbiq oluna biləcək hazır reseptlər verməsə də, analogiyalar üzrə yaxşı-yaxşı öyrədir. Ağıllı adamlar və güc sahibləri bu dərsləri təkrar-təkrar oxuyur, ondan dərs çıxartmağa ...

    Ətraflı
  • ABŞ səfirliyi müxalifətin aksiyası ilə bağlı bəyanat yaydı

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyasına dair bəyanat yayıb. Bəynatda qeyd edilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Avropa İttifaqının bəyanatına dəstək verərək oktyabrın ...

    Ətraflı
  • Hacıbala Abutalıbov və Əli Həsənov vəzifəsindən azad edildi

    2 ay ago

    24saat.org saytı president.az saytına istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin 21 Oktyabr 2019-cu il tarixində imzaladığı sərəncamlara əsasən Baş nazirinin iki müavini Hacıbala Abutalıbov və ...

    Ətraflı
  • Mirşahin xarici diplomatların səs yazısını yaydı – VİDEO

    2 ay ago

    Mirşahin rəhbərlik etdiyi telekanalda Milli Şura üzvü Gültəkin Hacıbəyli ilə ABŞ və Avropa İttifaqı üzvü olan diplomatların qeyri-qanuni yolla əldə edilmiş səs yazısını yayımlayıb. 20.10.2019-cu ildə “Real ...

    Ətraflı
  • AXCP sədri Əli Kərimli həbs olunub

    2 ay ago

    Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib AXCP sədri Əli Kərimli zorla maşına mindirilərək naməlum istiqamətə aparıldığı bildirilir. Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ...

    Ətraflı
  • Ərdoğan Trampın tvitinə cavab verdi: “Qalib gəlsək…”

    2 ay ago

    Prezident Ərdoğan ABŞ Prezidenti Donald Trampın sosial mediada yaydığı açıqlamaya cavab verib. Qaynarinfo xəbər verir ki, Ərdoğan Trampın “Milyonlarla insanın canı qurtaracaq” sözlərinə cavab olaraq öz tvitter hesabından ...

    Ətraflı
  • Nazir: “Gələn il pensiyaların orta aylıq məbləği 293 manat olacaq”

    2 ay ago

    “Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır”. az24saat.org xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi ...

    Ətraflı
  • Bir neçə rayonun qaz təminatında fasilə yaranacaq

    2 ay ago

    Oktyabrın 18-də səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, ...

    Ətraflı
  • Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur

    2 ay ago

    Məktəbdə dərsliklərin istifadəsi dörd il üçün nəzərdə tutulur. az24saat.org-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.  Onun sözlərinə görə, ...

    Ətraflı
  • Trump: “Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız”

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trump cümə axşamı günü “öncə qoyacaqsınız, məktəbin həyətindəki iki uşaq kimi dalaşacaqlar, sonra da gedib ayıracaqsınız” deyib. O, bunu Texas-da keçirilən ...

    Ətraflı
  • Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir

    2 ay ago

    Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də Sovet rejiminin dağılma ərəfəsində Azərbaycan Ali Sovetində imzalanan “Müstəqillik Aktı” ilə dövlət müstəqilliyi bütün dünyaya bəyan ...

    Ətraflı
  • Vilayət Eyvazov generalı təqaüdə göndərdi

    2 ay ago

    Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. az24saat.org  “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, ...

    Ətraflı
  • Siyavuş Novruzov: “Prezidentin xəbərdarlıq etdiyi məmurlar istefa verməlidir…”

    2 ay ago

    “Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata  keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim ...

    Ətraflı
  • Yeni agentlik yaradılıb

    2 ay ago

    Oktyabrın 16-da Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.Bu barədə prezident İlham Əliyev oktyabrın 16-da fərman imzalayıb.Sənədə əsasən, «Azərbaycan Respublikasında bir sıra ...

    Ətraflı
  • Daha bir yol bağlanıb – RƏSMİ

    2 ay ago

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb.  Bu gün Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ...

    Ətraflı
  • “Türkiyənin bu addımını birmənalı şəkildə müdafiə edirik”-bəyanat

    2 ay ago

    Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal ərazisinə müdaxiləsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda göstərilir: “Türkiyə rəhbərliyi dövlətin təhlükəsizliyi və maraqları baxımından mühüm qərar ...

    Ətraflı
  • Davamı

    Daha Çox