2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Bizim Market” mağazalar şəbəkəsinin fəaliyyəti ilə bağlı şok ifadələr: “Hər ay vergidən yayınırdıq”

Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Bizim Market” ətrafında yaranan qalmaqal və ələ keçirildiyi iddia edilən milionlarla bağlı araşdırma başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Musavat.com xəbər verir ki, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə Sahib Quliyev sərbəst ifadə verib. O, özünü qismən təqdurli bildiyini deyib. S.Quliyev Bbldirib ki, “Bizim Market”lər şəbəkəsinin maliyyə işlərinə nəzarət edərkən vergidən yayınma halları olub. O, etiraf edib ki, şəbəkəyə 10 market daxil okub. Onların aylıq dövriyyəsi 7-8 milyon olsa da 4 milyon kimi göstərilib. S.Quliyev marketlər şəbəkəsinin bank hesabından 2 milyondan artıq pul götürdüyünü də etiraf edib və özünü qismən təqsirli bildiyini söyləyib.

O, istintaq zamanı 200 min və 60 min dolları geri ödədiyini söyləyib: “Rasim Salmanovun çirkli əməllərini görüb bunu özümə rəva bildim”.

Məhkəmə prosesi davam edir.

Rəsmi məlumata görə, S.Quliyev “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb. R.Salmanovun şikayət ərizəsində yazıb ki, S.Quliyev onun 2 milyon manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. Eyni dələduzluq əməlində S.Quliyevin anası Həcər Quliyeva da təqsirləndirilir. Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

“Bizim Marekt” şəbəkəsi ətrafında, qohumlar arasındakı mülk davasının bəzi təfərrüatları haqda musavat.com-da bir neçə yazı dərc edilib. Hazırda həbsdə olan 1989-cu il təvəllüdlü Sahib Quliyevin nənəsi Xanımbacı İsmayılova isə iddia edir ki, “Bizim Market”lər şəbəkəsi rəsmi olaraq onun adınadır. Kürəkəni Rasim Salmanov isə sadəcə olaraq mağazaların fəaliyyətinə nəzarət edib.

X.İsmayılova onu da iddia edir ki, nəvəsinin həbs edilməsinin sifarişini Rasim Salmanov verib. Belə ki, R.Salmanov qayınanasının ona verdiyi etibarnamədən istifadə edərək öz nəvəsinin adından hüquq-mühafizə orqanlarına müraciət edib. Bu müraciətdən sonra Sahib Quliyev həbs edilib. X.İsmayılova sonradan etibarnaməni ləğv etdirdiyini deyir.

Qohumlar arasındakı düşmənçilik isə mülk üstündədir. İsmayılova iddia edir ki, kürəkəni mağazaları ələ keçirmək üçün onları şantaj edib və sonra da nəvəsini həbs etdirib. İsmayılova onu da iddia edir ki, kürəkəni onlara məxsus milyonlarla manatı mənimsəyib.

Qeyd edək ki, hazırda “Bizim Marketlər” şəbəkəsinin sahibi kimi bilinən Rasim Salmanov həm də “Maşın bazarı”nın sahibidir.

Məlumat üçün bildirək ki, “Bizim Marketlər” şəbəkəsinin bank hesabı həbsdə olan Sahib Quliyevin adına olub. R.Salmanov iddia edir ki, Quliyev bundan istifadə edərək külli miqdarda pulu ələ keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button