2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Biznesmeni soyan dəstə: “Gördük pulu var, dedik “polojna”dır” – VİDEO

Bakı şəhər sakini 102 zəng mərkəzinə müraciət edərək naməlum şəxslərin ona hücum etdiyini və fiziki zor tətbiq etdikdən sonra cibində olan 7 min manat pulu ələ keçirdiklərini bildirib.
ARB TV xəbər verir ki, BŞPİ və Nizami Rayon Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Saatlı rayon sakinləri Tural Ağahüseynov, Surxay Cəfərov, Namiq Aydınov, Rauf Azadov tutulublar. İlkin dindirilmə zamanı günahlarını etiraf edən şəxslər törətdikləri cinayəti də anbaan təsvir ediblər.
Tural Ağahüseynov – saxlanılan şəxs: “Oğlan gedib maşına minəndə dedi ki, qızılsatandır. Düşündük ki, cibindən 500-1000 manat çıxar. Döymək falan olmayıb. Özü dedi ki, gözləyin pulu verirəm. 7 min pul çıxdı. Rauf da qaz balonun üzünə fısqırtdı ki, arxamızca gəlməsin”.
Tural Azadov – saxlanılan şəxs: “Maşına minən kimi gördük ki, başında papaq var. Papağı başına keçirib pulu istədik. Qaz balonun üzünə sıxdım gəlməməsi üçün. Bir az gəldi, sonra gəlmədi. 7 min pul idi, adama 1750 manat böldük”.
Namiq Aydınov – saxlanılan şəxs: “Demişəm ki, bu adamda pul var. Qızıl-mızıl işinə baxır. Fikrləşdik ki, bu, belə işlərlə məşğuldursa, buna “polojnadır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button