2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Blatter rüşvət ittihamının götürüləcəyinə ümidlidir: “Bunu etmək borcumuzdur”

Vəzifəsi şübhə altına alınan FİFA prezdenti Jozef Blatterin CAS-a etdiyi müraciət araşdırılmağa başlanılıb.
Blatter keçmiş UEFA prezidenti Mişel Platiniyə 2 milyon İsveçrə Frankı rüşvət verməkdə günahlandırılır. 6 il futboldan kənarlaşdırılan Blatterin vəziyyəsinə Lozandakı məhkəmə proseslərindən sonra aydınlıq gələcək. Məhkəməyə müdafiyəsi üçün gələn keçmiş prezident veriləcək qərarın xeyrinə olacağınından ümidli olduğunu bildirib.

O deyib: “Mən özümü müdafiə edəcəm və bilirəm ki, indidən əminliklə danışmamaq lazımdır. Məhkəmədə Platiniyə bizim həqiqətən də borcumuz olduğuna görə bir ödəmə edildiyi məlum olacaq. Bu qaydadır, borcumuz varsa ödəməliyik”.

FİFA Apelyasiya Məhkəməsi işləri şübhə altına alınan Blatterlə Platininin cəzalarını 8 ildən 6 ilə endirmişdi. Lozanda Platinin məhkəməyə etdiyi şikayət rədd edilmiş, amma İdman Arbitraj Məhkəməsinin cəzasının 4 ilə salınmasına qərar verilmişdi. Blatterin hazırda etdiyi şikayət müraciyyəti rədd ediləcəyi halda 6 il müddətində bütün futbol təşkilatlarından uzaqlaşdırılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

2015- ci ildə FİFA-nın rəhbərlik heyyətinin də aralarında olduğu onlarla işçi haqqında ABŞ-da cinayət işi açılmışdı. Onlara 2010-cu ildəki seçimlərdə Dünya Çenpionatlarının Rusiya və Qətərdə keçirilməsi qərarını rüşvətlə edildiyi ittihamı irəli sürülmüşdü.
Onların arasında Jozef Blatter və Mişel Platini də var idi.

Cumhuriyyet.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button