Loading...
Loading...
SEÇMƏ

Blinken: “Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında münaqişəni “qarışdırmağa” cəhd edə bilər”

Yayımlandı: 13 Sentyabr 2022 22:47

ABŞ dövlət katibi Əliyev və Paşinyanla söhbətində hərbi əməliyyatlardan dərin narahatlığını ifadə edib

ABŞ narahatdır ki, Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında münaqişəni “qarışdırmağa” cəhd edə bilər”.

Bu açıqlamanı sentyabrın 13-də ABŞ dövlət katibi Entoni Blinken deyib.

Məlumatı “Turanyayıb.

Onun sözlərinə görə, Rusiya regiondakı nüfuzundan “vəziyyəti sakitləşdirmək” üçün də istifadə edə bilər:

“Rusiyanın diqqəti hansısa yolla Ukraynadan yayındırmağa çalışıb, yayındırmaması bizi həmişə narahat edən məsələdir”.

Əliyev və Paşinyanla söhbətində Blinken artıq Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlardan dərin narahatlığını ifadə edib.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müadfiə Nazirliyi 50, Ermənistan isə 49 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Azərbaycan və Ermənistan qurumları bir-birini günahlandıran bəyanat yayıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button