2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Blinken və Lavrov telefonla Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda zəngin Amerika tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir. Nayirliyin məlumatında qeyd olunur ki, Lavrov danışıqlar zamanı qeyd edib ki, Vaşinqton və onun müttəfiqləri Rusiyanı Ukraynaya qarşı təcavüzdə ittiham edərək Moskvaya qarşı “təbliğat kampaniyası” aparırlar.

Bundan başqa, XİN rəhbərinin sözlərinə görə, ABŞ Kiyevi Minsk razılaşmalarını sabotaj etməyə təşviq edir və “Donbass problemi”nin güc yolu ilə həllini dəstəkləyir.

Lavrov həmçinin bildirib ki, Vaşinqton və Brüssel Rusiyanın daha əvvəl irəli sürdüyü əsas təhlükəsizlik tələblərinə məhəl qoymayıb.

Blinken həmsöhbətinə münaqişənin diplomatik yolla həllinin zəruriliyindən danışıb, lakin bildirib ki, bunun üçün Moskva vəziyyəti deeskalasiya etməli və zəruri məsələlərin vicdanla müzakirəsinə qayıtmalıdır.

Dövlət Departamentinin bəyanatında deyilir ki, dövlət katibi Kremlin Kiyevə qarşı davam edən təcavüzünün ABŞ və müttəfiqlərinin sərt reaksiyasına səbəb olacağını vurğulayıb.

Telefon zəngindən bir müddət əvvəl Blinken hələ də bölgəyə yeni Rusiya hərbçilərinin gəlməsinə diqqət çəkib.

Xerson vilayətində keçirilən hərbi təlimlərə baş çəkən Ukrayna prezidenti Vladimir Zelenski isə bir daha ukraynalıları panikaya düşməməyə çağırıb.

Bu arada Rusiya ilhaq etdiyi Krımın sahillərində Qara dəniz donanmasının hərbi təlimlərinə başlayıb. Manevrlərin elan edilmiş məqsədi Krım sahillərinin mümkün hərbi təhdidlərdən müdafiəsini həyata keçirməkdir. Eyni vaxtda Rusiya-Belarus birgə “Müttəfiqlərin qətiyyəti – 2022” təlimləri də keçirilir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button