2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Blinkendən ‘çirkli bomba’ iddialarına cavab

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın guya öz ərazisində çirkli bombadan istifadəyə hazırlaşması haqda Rusiyanın “birmənalı saxta iddialarını” rədd edib, Vaşinqtonun işğalçı Rusiya qüvvələrinə qarşı Kiyevə dəstək verəcəyini bir daha dilə gətirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Birləşmiş Ştatlar Ukraynanın öz ərazisində çirkli bombadan istifadəyə hazırlaşması haqda Rusiya Müdafiə naziri (Sergey) Şoyqunun birmənalı şəffaf iddialarını rədd edir. Dünya Rusiyanın bu iddiadan müharibəni genişləndirməyə bəhanə kimi istifadə cəhdlərini anlayacaq”, – Blinken oktyabrın 23-də ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon söhbətində deyib.

Şoyqu deyib ki, Rusiya “Ukraynanın çirkli bombadan istifadəylə bağı mümkün provokasiyasından narahatdır”. O, oktyabrın 23-də Türkiyə, Britaniya və Fransa müdafiə nazirləri ilə telefon söhbətində bu haqda danışıb. Ancaq nazir iddianı əsaslandıracaq dəlil göstərməyib.

Çirkli bomba dinamit kimi partlayıcının radioaktiv maddəylə qarışığıdır. Dinamit, yaxud digər partlayıcı işə düşəndə radioaktiv maddə ətraf mühitə yayılır.

Blinkenlə Kuleba ABŞ və beynəlxalq ictimaiyyətin Ukraynaya dəstəyi davam etdirməsini müzakirə edirlər.

Bu arada Britaniya kəşfiyyatının yaydığı məlumata görə, Ukrayna İran istehsalı Şahid-136 dronlarını “getdikcə daha uğurla” vurur. Rusiya Ukraynadakı hədəflərə məhz bu dronlarla zərbə endirir.

Britaniya Müdafiə Nazirliyinin oktyabrın 24-də yaydığı bülletendə deyilir ki, bu dronlar aşağı sürətli, səs-küylüdür, alçaqdan uçur və onları adi havadan müdafiə sistemləri asanlıqla hədəfə ala bilir.

Bülletendə Ukraynadakı rəsmi mənbələrə, o cümlədən Prezident Volodimir Zelenskiyə istinadla qeyd olunur ki, “hücumların 85 faizə yaxını aşkarlanır”.

Ukrayna infrastrukturunun Şahid-136 dronları ilə vurulduğunu deyir. Ancaq İran və Rusiya ittihamları rədd edir.

Fransa, Almaniya və Britaniya BMT-ni Rusiyanın Ukraynadakı müharibədə İran dronlarından istifadəsini araşdırmağa çağırıb. Tehran oktyabrın 22-də bu çağırışı tənqid edib.

Britaniya kəşfiyyatı onu da qeyd edir ki, Rusiya Ukraynanın getdikcə daha effektli işləyən havadan müdafiə sistemlərini aşkarlamaqdan ötrü xeyli sayda Shahed-136 sərf edir.

Bülletendə belə bir ehtimal irəli sürülür ki, Rusiya həmin dronlardan özünün azalmaqda olan dəqiq silahlarının əvəzedicisi kimi yararlanır.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

24 saat” “
Blinkendən ‘çirkli bomba’ iddialarına cavab
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button