Now Reading:
Blogerin həbs müddəti daha üç ay uzadılıb

Blogerin həbs müddəti daha üç ay uzadılıb

Məhkəmə Aleksandr Lapşinlə bağlı təqdimata baxıb

Aprelin 7-də Nəsimi Rayon Məhkəməsində Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə təqdimata baxılıb.

Aleksandr Lapşin Minskdə saxlanılıb və Azərbaycana ekstradisiya olunub. O, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməkdə günahlandırılır.

İki vətəndaşlığı (İsrayil və Rusiya) olan A.Lapşin dekabrın 14-də Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb.

Meydan TV-nin məlumatına görə, məhkəmə A.Lapşinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha üç ay uzadıb. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

24saat.org

Mənbə – www.meydan.tv

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.