2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bloklama məhkəməsi başladı

Bu gün aprelin 27-də Bakıda Səbail rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında bir neçə saytın bloklanması tələbinə baxılıb. Nazirlik azadliq.info, azərbaycansaati.com, azadliq.org, meydan.tv saytlarına, «Turan» telekanalı (TuranTV) və «Azərbaycan saatı» teleproqramlarına girişə blok qoyulmasını istəyir.

Məhkəmə nazirliyi təmsil edən tərəfin məhkəməyə qatılmaması səbəbindən mayın 1-i saat 15.00-a təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, bir neçə gün öncə “Azadlıq”ın elektron ünvanına Səbail məhkəməsindən bildiriş gəlib.

Bildirişdə yazılanlar:

“Səbail Rayon Məhkəməsinin icraatında olan, ərizəçi Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (maraqlı şəxslər: “Azadlıq.info”, “Azadlıq.org”, “Azərbaycansaatı.com” domenlərinin, “Meydan.tv”, “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının yerləşdirildiyi internet informasiya ehtiyatları) «internet informasiya ehtiyatlarının müraciətin məhdudlaşdırılması» barədə ərizəsinə dair mülki iş üzrə məhkəmə iclası 27 aprel 2017-ci il tarixə, saat 11:20-a təyin edilmişdir (ünvan: Bakı şəhəri M.Useynov küçəsi 5, məhkəmə iclas zalı).

Etiraz və mülahizələrinizi bildirməklə məhkəmə iclasında səlahiyyətlərini təsdiq edən sənədlə birlikdə iştirak etməyiniz (və ya nümayəndənizin iştirakını təmin etməyiniz) xahiş olunur.

Hakim: Nurəddin Bağırov”

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button