2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Bloklanmış saytların apelyasiya şikayətinə baxılacaq

Azərbaycanda AzadlıqRadiosu-nun “azadliq.org”, “Azadlıq” qəzetinin “azadliq.info”, “Meydan TV”nin, “Turan TV”nin və “Azərbaycan saatı” televiziya proqramının internet saytlarına girişin rəsmi şəkildə məhdudlaşdırılması yenidən məhkəmədə mübahisələndirilir. Adları çəkilən saytların bloklanması barədə Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılacaq.

Bu iş Bakı Apellyasiya Məhkəməsində Abiddin Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatına verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmənin ilkin baxış iclası noyabrın 7-nə təyin olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi 27 mart 2017-ci ildə adları çəkilən saytlara Azərbaycan ərazisində girişi məhdudlaşdırıb. Aprel ayında isə nazirlik məhkəməyə müraciət edərək, saytların bloklanması haqda qərar çıxarılmasını istəyib. Aprelin 27-də məhkəmədə nazirlik təmsilçisi bildirib ki, saytlara giriş Baş Prokurorluqdan gələn məktub əsasında məhdudlaşdırılıb. Baş Prokuror Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə göndərilən məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlik materiallar yayımlanır. Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə tədbir görülməsi istənilib. Nazir də prokurorluqdan gəlmiş bu məktub əsasında elə həmin gün təxirə salınmadan tədbir görüb – ölkə ərazisində həmin saytlara giriş məhdudlaşdırılıb.

Məktuba saytlarda yayımlanmış materiallar da əlavə olunub. Nazirlik də məhkəməyə iddia ərizəsinə həmin yazıları da qoşma şəklində təqdim edib. Sözügedən yazıların əksəriyyəti ölkə prezidentinin tənqid olunduğu məqalələr, xarici mediada yayımlanmış, Azərbaycan dilinə tərcümə olunaraq, istinadla sayta yerləşdirilmiş materiallardır.

Bundan başqa, Milli Şuranın mitinq müzakirələri haqda yazılar da “qara siyahıya” salınıb. Məsələn, AzadlıqRadiosu-nun saytında yayımlanmış “Son iki gündə 4 nəfərin özünü öldürdüyü deyilir” başlıqlı məqalə də prokurorluğun dövlətə və cəmiyyətə təhdid kimi dəyərləndirdiyi materiallardandır.

Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırov 12 may 2017-ci il tarixli qərarla nazirliyin iddiasını təmin edib və adları çəkilən saytlara Azərbaycan ərazisindən giriş məhkəmə qərarı ilə məhdudlaşdırılıb.

AzadlıqRadiosu və bloklanmış digər saytlar bu iddiaları əsassız adlandırıb.

AzadlıqRadiosu bu yaxınlarda Azərbaycan hökumətinin onun ölkədəki fəaliyyətini az qala üç il ərzində əngəlləməsi iddiası ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

AzadlıqRadiosu-nun Azərbaycan Xidməti özünün internet, peyk, “Facebook”, “YouTube”, “Instagram” və başqa rəqəmsal platformalarda fəal yayılan məqalə, audio və video materialları ilə ölkədə əvəzsiz müstəqil xəbər mənbəyidir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button