Loading...
Loading...
Texnologiya

Bloomberg: 'Google istifadəçilərin konfidensial məlumatlarını reklamçılara inanılmaz miqyasda ötürür'

    Bloomberg saytının verdiyi məlumata əsasən Google şirkəti istifadəçilərin özəl məlumatlarını reklamçılara inanılmaz miqyasda təqdim edir. Belə ki, məlumata əsasən şirkət gün ərzində məlumatların ötürülməsini bir neçə milyard dəfə reallaşdırır. Bu isə digər şirkətlərin məlumat ötürmə göstəricilərindən qat-qat yüksəkdir. Bloomberg bldirib ki, təkcə bu ilin yanvar ayından mart ayının sonuna kimi Google 68 milyard dollar dəyərində gəlir əldə edib və bu gəlirin 54 milyard dolları məhz reklamların payına düşüb. Digər şirkətlər Google-dan istifadəçilərin yerləşdikləri yerlər, vərdişləri, alış-verişləri və onların baxdıqları internet səhifələri və barəsində məlumatları əldə edirlər.

    İrlandiya Vətəndaş Azadlıqları Şurasının məlumatına əsasən il ərzində reklam platformaları reklamçılara istifadəçilərin məlumatlarını 178 trilyon dəfə ötürürlər. Lakin Google şirkəti təkcə AvropaABŞ-da istifadəçi məlumatlarını reklamçılara hər gün 70 milyard dəfə ötürür. Bloomberg qeyd edib ki, smartfonda açılmış hər bir tətbiq və ya veb səhifə istifadəçinin diqqətini cəlb etmək yolunda bir növ ticarət platformasına çevrilir. Belə ki, smartfon target edilmiş reklam elanlarının sərgilənməsi üçün istifadəçi barəsində olan məlumatları üçüncü tərəflərə ötürür. Nəticədə qalib reklamçı həmin məlumatların əldə edilməsi imkanı üçün daha çox vəsait ödəyən reklamçı olur.

    Bloomberg-in verdiyi məlumata əsasən Google ABŞ-dan olan istifadəçilərin konfidensial məlumatlarını 5000 təşkilata ötürür. Bununla belə ötürülən məlumatlar istifadəçilərin sahib olduqları mənfi cəhətləri əhatə edən xüsusi qeydləri də özlərində birləşdirirlər. Məsələn istifadəçi qanunla bağlı problemlərə, narahatlıq pozğunluqlarına sahib olduğu və ya zorakılığı dəstəklədiyi halda onun məlumatları bu cür problemləri əhatə edən xüsusi qeydlərlə işarələnir. İstifadəçi məlumatlarının bu cür ticarət edilməsi isə öz növbəsində onların ələ keçirilməsinə və dələduzlara ötürülməsinə şərait yaradır. Jurnalistlər qeyd ediblər ki, smart cihazların məşhurluqları artdıqca bu vəziyyət daha da pisləşəcək. Belə ki, istifadəçi məlumatlarını təkcə smartfonlar deyil, həmçinin smart səsgücləndiricilər və qolbaqlar da ötürürlər.

Gözdən qaçırmayın:  Alimlər Yer kürəsində supernova partlayışının izini aşkar ediblər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button