2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bloomberg: Hindistan baş naziri Putinlə görüşü ləğv edib

Ənənəvi Rusiya-Hindistan sammiti bu il keçirilməyəcək. Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə dekabrda keçirilməli olan görüşü ləğv edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə məsələ ilə tanış məmurlara istinadla Bloomberg agentliyi yazır.

Agentliyin mənbələrindən birinin dediyinə görə Hindistan baş nazirinin bu qərarı Ukraynadakı müharibə və Rusiya liderinin nüvə hədələləri ilə bağlıdır.

Rusiya-Hindistan sammiti 2000-ci illərdən bəri hər il keçirilir və yalnız bir dəfə, 2019-cu ilin koronavirus pandemiyası ilə əlqədar təxirə salınıb.

Ötən il Putin Modi ilə görüşmək üçün Hindistana səfər etmişdi. Bu, onun pandemiyadan sonra ilk xarici səfəri idi.

Bloomberg agentliyinin mənbələri bildirirlər ki, sözü gedən sammitin ləğv olunması özlüyündə Delhi və Moskva arasında münasibətlərin korlanmasından xəbər vermir, amma Modinin fikrincə hazırkı vəziyyətdə Putinlə görüş onun ziyanına işləyə bilər.

Putinin ara verməyən nüvə söhbətləri

Bloomberg habelə adının çəkilməsini istəməyən vəzifəli Rusiya məmuruna istinadla yazır ki, bu sammitin ləğv olunacağı artıq sentyabrda bəlli idi.

O vaxt Şanxay Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammitində Modi Putinə demişdi ki, indiki zəmanə “müharibə zəmanəsi” deyil.

Modi bununla Putinə Ukrayna ilə sülhə nail olmağı məsləhət görmüşdü.

İki ölkənin rəsmiləri hələki sözü gedən məlumatı şərh etməyiblər.

Putin nüvə silahından son dəfə dekabrın 7-də söz salıb.

O deyib ki, Rusiya nüvə silahını “ülgüc kimi” ora-bura çəkmək niyyətində deyil.

Bununla belə Putin Moskvanın nüvə silahına birinci əl atmayacağına dair qarantiya verməkdən yayınmışdı.

24 saat” “
Bloomberg: Hindistan baş naziri Putinlə görüşü ləğv edib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button