2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Bloqerin yaxınları Fransa səfirliyinin önündə aksiya keçirdi

Noyabrın 25-də Fransa Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında Cəlilabadda həbs olunmuş bloqer Saməddin Məmmədovun yaxınları etiraz aksiyası keçirib. Onlar S.Məmmədovun həbsini sifarişli adlandıraraq məsələ ilə bağlı prezident İlham Əliyevlə görüşmək istədiklərini, əks halda sığınacaq üçün səfirliyə müraciət edəcəklərini bildiriblər.



Saytların yığılması Saytlarin yigilmasi

renderExternalContent(“https://www.youtube.com/embed/ml6BIp9Y3y0?&&&fs=1&enablejsapi=1”)

“Cənab prezidentin bir əmri ilə gedib vətənimizi qoruduq. İndi bizi ya özü, ya da köməkçisi qəbul etsin, dərdimizi deyək. Biz sadəcə olaraq Prezidentlə görüş istəyirik, rayon rəhbərliyin sifarişi ilə həbs olunan atamın azadlığını istəyirik. Atam bir aydır qanunsuz həbsdədir. O, rayon xəstəxanasının önündən vəziyyəti işıqlandırırdı. Elə ona görə də həbs olundu. Dəfələrlə prezidentlə görüş üçün teleqram vurmuşuq, cavab yoxdur”, – S.Məmmədovun oğlu bildirib.

Səfirlikdən aksiya iştirakçılarının yanına heç kəs çıxmadığına görə onlar oranı tərk edib.

Aksiyada səslənən fikirlərə, hələlik, rəsmi qurumlardan, o cümlədən Cəlilabad Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb. Amma bir müddət əvvəl S.Məmmədovla bağlı polisə şikayət edən Cəlilabad rayon sakini Elşən Cəfərov AzadlıqRadiosuna bildirmişdi ki, həmin şəxs və onun yaxınları ona xəsarət yetiriblər. Onun sözlərinə görə, sosial şəbəkələrə düzgün olmayan məlumatları ötürməsinə görə S.Məmmədovla fikir ayrılığı olub.

S.Məmmədov bu il oktyabrın 29-da saxlanıb. O, Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (Xuliqanlıq) maddələri ilə ittiham edilir. Bu ittihamla ona 5 il həbs cəzası verilə bilər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button