Now Reading:
Bloqqer Mehman Hüseynov Baki Şəhər Baş Polis İdarəsinə aparılıb

Bloqqer Mehman Hüseynov Baki Şəhər Baş Polis İdarəsinə aparılıb

24saat.org saytının əldə etdiyi məlumata görə, tanınmış bloqqer Mehman Hüseynov saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Əldə etdiyimiz məlumata görə, hadisə 10 Sentyabr tarixində baş verib. Həmin gün evindən çıxan Mehman Hüseynovu 5 polis əməkdaşı BŞBPİ-yə aparıb. İdarədə bloqqer polis general-mayoru Mirqafar Seyidovla görüşüb.

Görüşün xoş olmayan tərzdə keçdiyi əldə etdiyimiz məlumatlar arasındadır. Amma geniş təfərrüatı bilmədiyimizdən, məsələyə Mehman Hüseynovun özünün aydınlıq gətirməsini məqsədəuyğun hesab edirik.

24saat.org

Buna da baxın – Milli Şura minlərlə insanı “Məhsula” topladı!

 

Input your search keywords and press Enter.