2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi

Bloqqer Mehman Qələndərovun ölümü ilə əlaqədar başlanmış cinayət işinə xitam verilib. Bu haqda hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.

M.Qələndərovun 2017-ci il aprelin 28-də Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında ölümü faktı üzrə Sabunçu rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdı. Sonradan istintaqın davam etdirilməsi üçün iş Bakı Şəhər Prokurorluğuna göndərilmişdi.

Hüquq müdafiəçisinin bildirdiyinə görə, prokurorluğun xitam qərarında M.Qələndərovun ölümündə cinayət tərkibi olmadığı, onun intihar etdiyi yazılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Amma O.Gülalıyev qərarda yazılanlara şübhə ilə yanaşır. Deyir ki, M.Qələndərova həbsdən salamat çıxmayacağı haqda xəbərdarlıq olunmuşdu.

Xatırlatma
M.Qələndərov 2017-ci il fevralın 7-də həbs olunub. Bloqqerə CM-nin 234.2 (satış məqsədi ilə narkotik vasitələr, psixotrop maddələr əldə etmə, saxlama, hazırlama və satma) ittihamı ilə barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib.

Həbs günü M.Qələndərov Facebook səhifəsində yazmışdı: «Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazdıqdan sonra narkotik ittihamı ilə həbs olunub 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimov nəzərdə tutulur – red.) kimi olaq. Qul olma!».

Bundan bir saat sonra polis əməkdaşları M.Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar.

2017-ci il aprelin 28-də isə istintaq təcridxanasında dünyasını dəyişib.

Hadisədən sonra Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə bəyanatda M.Qələndərovun özünü asaraq intihar etdiyi bildirilirdi.
azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button