Dünya

BMT Baş Assambleyasında qadın liderlər çıxış edir

Loading...

Üçü vitse-prezident, beşi baş nazir olmaqla, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında cümə günü səkkiz qadın çıxış edir.

“Həssas insanları – qadınları, qızları, azlıqları bir kənarda qoysaq planetimizi xilas edə bilmərik” – deyə, Slovakiya Prezidenti Suzana Kaputova həftənin əvvəlində Assambleyada çıxışı zamanı bildirib.

Ölkəsinin ilk qadın prezidenti olan Tanzaniya Prezidenti Samia Suluhu Həsən cümə axşamı Assambleyaya müraciəti zamanı “COVID-19 əldə etdiklərimizi yox etməklə təhdid edir” deyib.

Cümə axşamı eləcə də BMT Baş katibi Antonio Quterreş sammitdə qlobal ərzaq istehsalını yaxşılaşdırmağın zəruri olduğunu deyib və yer kürəsinin planetin təxminən yarısının sağlam qidalanmadığı barədə xəbərdarlıq edib.

BMT-nin Baş katibi Antonio Quterreş

“Yemək həyatdır. Lakin dünyanın bir çox ölkəsində, icmalarda və evlərdə bu vacib ehtiyac, bu insan haqqı təmin olunmur” – deyə, Quterreş Baş Assambleyanın illik toplantısı çərçivəsində virtual Qida Sistemləri sammitində bildirib.

Quterreş dünya boyu 3 milyard insanın normal qidalana bilməyədiyini,
“Hər gün yüz milyonlarla insan ac yatır. Uşaqlar aclıq çəkir” deyib.

Yəmən və Efiopiyanın bəzi hissələrində milyonlarla insanın aclıq çəkdiyi bir reallıq olsa da, dünya boyu istehsal edilən ərzağın təxminən üçdə biri ya itirilir, ya da israf edilir.

Bir ildən artıqdır hazırlanan sammit qida məhsullarının istehsalının ekoloji cəhətdən daha təmiz, daha təhlükəsiz və əlçatan olmasını təmin etmək üçün yeni hədəfləri müzakirə edir.

Pandemiya cümə axşamı Baş Assambleyada çıxış edən liderlərin, xüsusən də günün natiqlərinin böyük bir hissəsini təşkil edən Afrika liderlərinin müzakirə obyekti olub. Çoxları pandemiya səbəbilə çıxışlarını video-mesaj vasitəsilə edib.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button