Deprecated: Optional parameter $apt_integer declared before required parameter $apt_word_type is implicitly treated as a required parameter in /home/az24saat/public_html/wp-content/plugins/automatic-post-tagger/automatic-post-tagger.php on line 2171
BMT Baş katibinin köməkçisi: “Minalar Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa problem yaradır”
2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

BMT Baş katibinin köməkçisi: “Minalar Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa problem yaradır”

“Minatəmizləmə təkcə Azərbaycan üçün deyil, bir çox başqa ölkələr üçün də çox böyük problemdir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Bakıda “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev deyib.

“Bir çox insan minaların qurbanı olur. Təəssüf ki, əksər hallarda onlar qadınlar və uşaqlardır. Buna son qoymaq lazımdır”, – o bildirib.

Onun sözlərinə görə, minalar həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa problem yaradır, çünki onlar kənd təsərrüfatı ilə məşğul olanlar üçün maneədir: “Azərbaycanı belə mühüm konfransın keçirilməsinə görə təbrik etmək istərdim. Ümid edirəm ki, belə tədbirlər təkcə Azərbaycanın paytaxtında deyil, digər ölkələrdə də keçiriləcək”.

Baş katibin köməkçisi xatırladıb ki, BMT Azərbaycan daxil olmaqla, müxtəlif ölkələrdə minatəmizləmə prosesini maliyyələşdirir.

O ümid edir ki, Azərbaycan ərazilərinin minalarla çirklənməsinin miqyası nəzərə alınmaqla bu prosesin maliyyələşdirilməsi artırıla bilər.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button