2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

BMT-də Rusiyaya qarşı səsvermədə Azərbaycan olmayıb

Azərbaycan bundan əvvəl də BMT-nin Rusiyaya qarşı qətnamələrinə səsvermə zamanı “zalda olmayıb”

Saytların yığılması Saytlarin yigilmasi

Birləşmiş Millətlər Təşkialtı Rusiyanın Ukraynaya müdfaxiləsini pisləyən, Rusiya qoşunlarının dərhal Ukraynadan çıxarılmasını tələb edən qətnaməni nəhəng səs çoxluğu ilə dəstəkləyib.

Martın 2-də BMT Baş Assambleyasının təcili iclasındakı səsvermədə bu qətnaməni 193 ölkədən 141-i dəstəkləyib. 35 ölkə bitərəf qalıb, 5 ölkə əleyhinə səs verib.

Azərbaycan səsverməyə ümumiyyətlə qatılmayıb. Qvineya, Qvineya Bissau, Mərakeş, Toqo, Türkmənistan, Özbəkistan, Venesuela da belə ediblər.

Azərbaycan bundan əvvəl də BMT-nin Rusiyaya qarşı qətnamələrinə səsvermə zamanı “zalda olmayıb”.

Bu isə səsvermə qaydalarına görə əsasən o hallarda baş verir ki, ölkə ümümiyyətlə məsələyə dair mövqe bildirmir, bildirmək istəmir və ya hər hansı səbəbdən mövqe bildirə bilmir.

BMT sənədlərində bu kateqoriyaya “səs verməyib” deyilir.

Bu səsvermədə Rusiyanı yalnız 5 ölkə dəstəkləyib – Suriya, Konqo, Şimali Koreya, Eritreya və Belarus.

Rusiyanın qlobal təklənməsi

Bu, Rusiyanın qlobal miqyasda təkləndiyini göstərən bir səsvermə olub.

Xəbərlərdə xüsusilə qeyd olunur ki, Rusiyanın sadiq dostları sayılan Venesuela və Kuba, habelə Çin bu dəfə bitərəf qalıblar. Bu ölkələrin sırasında Ermənistan da var.

Qətnamədə Rusiya Federasiyasının Ukraynaya təcavüzü qəti pislənir və ondan Ukraynaya qarşı gücdən istifadəyə son qoyması tələb olunur.

Qətnamədə deyilir ki, Rusiya öz qoşunlarını “bütün Ukrayna ərazisindən dərhal, tam və qeyd şərtsiz olaraq çıxarımalıdır”.

Ekspertlər bildirirlər ki, BMT Baş Assambleyasının qətnamələri hüquqi gücə malik olmasa da, bu səsvermə Ukrayna üçün böyük diplomatik qələbə sayılmalıdır.

Səsvermədən əvvəl çıxış edən ABŞ səfiri Linda Tomas-Qrinfild Rusiyanın Ukraynaya müdaxiləsini Avropanın nasistlər tərəfindən fəthi ilə müqayisə edib.

Bundan əvvəl, ötən həftə BMT Təhlükəsizlik Şurası buna bənzər qətnaməni baxılmaq üçün Baş Assamblyeyaya göndərmişdi.

Həmin qətnamə yalnız Rusiyanın veto qoymasına görə TŞ-dən keçməmişdi.

Amma bu, son 40 ildə ilk dəfədir ki, TŞ böhranın müzakirəsini Baş Assambleyaya tövsiyə edir.

BMT Baş Assambleyasının son təcili iclası isə 1950-ci ildə çağırılıb.

Bu da qeyd olunmalıdır ki, Avropada Rusiyanın dostları kimi tanınan Serbiya və Macarıstan da qətnamənin leyhinə səs veriblər.

24 saat” “
BMT-də Rusiyaya qarşı səsvermədə Azərbaycan olmayıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button