2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

BMT: Ekoloji böhranlar dünya boyu insan haqlarına təhlükədir

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının illik iclası bazar ertəsi Cenevrədə başlayıb. BMT-nin İnsan Haqları üzrə Ali komissarı Mişel Baçelet açılış nitqində iqlim dəyişikliyi və havanın çirklənməsinin insan haqları və ümumiyyətlə insanlıq üçün ciddi təhdid olduğu barədə xəbərdarlıq edib.

BMT-nin İnsan Haqları üzrə Ali komissarı insanın planetdəki fəlakətlərə cavabsız qalmasının kifayət qədər ərzaq, su, təhsil, səhiyyə və hətta həyatın özü də daxil olmaqla, insan haqlarına ciddi təsir göstərdiyini deyib.

Mişel Baçeletin dediyinə görə, son aylar dünyanın bir çox bölgəsində iqlimlə bağlı hadisələr insanlığa qarşı ekstremal və ölümcül hallarla nəticələnib.

Saytların yığılması Saytlarin yigilmasi

“Sibirdə və Kaliforniyadakı yanğınlar, Çin, Almaniya və Türkiyədə böyük ani daşqınlar, Arktikada görünməmiş metan emissiyalarına səbəb olan istilik dalğaları, Mərakeş və Seneqaldan Sibirə qədər sonsuz quraqlığın davam etməsi milyonlarla insanı səfalətə, aclığa və köçkünlüyə sürükləyə bilər” – deyə, Baçelet bildirib.

Baçelet deyib ki, ekoloji təhdidlər insan haqlarının ən böyük problemidir. Onun dediyinə görə, ekoloji fəlakətlər dünyada münaqişələr, gərginlik, həssas durumlar və struktur bərabərsizliyini artırır.

Baçelet iqlim dəyişikliyinin Qvatemala, El-Salvador və Hondurasda yoxsulluğa, köçkünlüyə və əsas də insan haqlarına təsir göstərdiyini bildirib. O, Latın Amerikası, Cənub-Şərqi Asiya və digər bölgələrdə ətraf mühit və insan haqları müdafiəçilərinin tez-tez təhdid edildiklərini, hücuma məruz qaldıqlarını, hətta qətlə yetirildiklərini deyib.

BMT-nin İnsan Haqları üzrə Ali komissarı təhlükəsiz, təmiz, sağlam və davamlı bir mühitin insan həyatının təməli olduğunu deyib. Baçelet əlavə edib ki, bəşəriyyətin gələcəyi dünyanın qiymətli resurslarını qorumaq üçün çalışan hökumətlərdən asılıdır.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button