2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

BMT komissarından ‘hərbi cinayətlər’ xəbərdarlığı


 

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ vilayətində gedən döyüşlərdə yaşayış məskənlərinə “fərq qoymadan” hücum olunmasını pisləyib. Komissar Ermənistana və Azərbaycana xəbərdarlıq edib ki, belə hücumlar beynəlxalq qanunlara uyğun olaraq “hərbi cinayətlər” hesab oluna bilər.

Baçelet noyabrın 2-də verdiyi bəyanatda bildirir ki, münaqişə tərəflərinə dəfələrlə dinc sakinlər arasında itkiyə səbəb olmaq, mülki infrastruktura ziyan vurmamaq, bunları azından minimuma endirmək üçün bütün mümkün tədbirləri görmək xəbərdarlığı edilib.

Saytların yığılması Saytlarin yigilmasi

 

 

“Küçələr xarabalığa çevrilib”

“Əvəzində evlər dağıdılıb, küçələr xarabalığa çevrilib, insanlar qaçmağa, zirzəmilərə sığınmağa məcbur olublar”, – Komissar vurğulayıb.

Baçelet hərbi cinayətlər törədildiyi iddia olunan kadrlardan narahatlığını da bildirib, sosial mediada saxta görüntülərin yayıdığını qeyd edib, azərbaycanlı hərbçilərin guya erməni əsirləri qətlə yetirdiyi iddia olunan görüntüləri misal çəkib. Ancaq Azərbaycanın Müdafiə Nazirliyi həmin videoların saxta olduğunu, Baş Prokurorluq isə belə videoların “ermənilər tərəfindən səhnələşdirildiyini” bəyan edib. Azərbaycan ordusunun Cenevrə Konvensiyasının tələblərinə əməl etdiyi vurğulanıb.

Komissar tərəflərin kaset bombalı raketlərin istifadəsinin “dərin narahatlıq” yaratdığını sözlərinə əlavə edib.

“Ermənistanı və Azərbaycanı bu raketlərdən istifadəni dayandırmağa, Kaset Bombaları üzrə Konvensiyanı ratifikasiya etmiş 100-dən artıq ölkəyə qoşulmağa çağırıram”, – BMT komissarı vurğulayıb.

 

 

Qeyd edək ki, ötən ay Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə raket hücumlarında üst-üstə azı 50 mülki şəxs həlak olub, onlarla şəxs yaralanıb. Beynəlxalq “Human Rights Watch” və “Amnesty International” insan haqları təşkilatları Bərdəyə atılmış raketlərin kaset bombalı olduğunu təsdiqləyib. Bundan öncə hər iki qurum Azərbaycan tərəfin oxşar silahlardan istifadə etdiyini deyirdi. Azərbaycan rəsmiləri isə yalnız hərbi hədəfləri vurduğunu bildirir.

Azərbaycan Baş Prokurorluğu noyabrın 3-də cəbhə bölgəsində mülki əhalinin itki və ziyanları ilə bağlı növbəti açıqlama yayıb. Qurum sentyabrın 27-dən Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması və müxtəlif təxribatı  nəticəsində Azərbaycan tərəfdən  91 mülki şəxs həlak olub, 405 nəfər yaralandığını bildirir. “Bundan başqa, 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2 488 yaşayış evi yararsız vəziyyətə düşüb”, – məlumatda deyilir.

 

 

Xatırlatma

Azərbaycanla Ermənistanın təmas xəttində sentyabrın 27-dən başlanmış əməliyyatlarda dinc sakinləri daxil olmaqla 1100-dən insan həlak olub. Ölü sayının daha çox olduğu bildirilir.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 180-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Tərəflər cəbhədə döyüşlər başlayandan üç dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Amma cəbhə bölgəsindən hələ də atəş səslərinin gəldiyi bildirilir. Ümumilikdə, atəşkəs razılaşmasına baxmayaraq, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu deyilib. Atəşkəsin pozulmasına görə də qarşılıqlı ittihamlar səslənib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button