2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

BMT məruzəçisi İlqar Məmmədovla görüşüb

BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Michel Forst sentyabrın 19-da REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşüb.

Bunu AzadlıqRadiosuna REAL Hərəkatının icra katibi Natiq Cəfərli deyib. «Belə bir görüşün olacağını bilirdik və bu görüş 2 saylı Cəzaçəkmə Müəssisəsində bu gün reallaşıb».

N.Cəfərli qeyd edib ki, görüşün təfərrüatı barədə geniş bilgiyə malik deyillər.

Saytların yığılması Saytlarin yigilmasi

Michel Forst-un Azərbaycana səfəri sentyabrın 14-də başlayıb və sentyabrın 22-də mətbuat konfransı ilə yekunlaşacaq.

Müstəqil ekspert, BMT-nin İnsan Hüquqları Şurasının məsul nümayəndəsi Azərbaycanda, əvvəlcədən bildirildiyi kimi, vətəndaş cəmiyyətinin qarşılaşdığı problemlər haqqında ilkin mənbədən məlumat toplayır. Səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutub.

Səfər zamanı xüsusi məruzəçi habelə, rəsmi şəxslər, məhkəmə işçiləri və diplomatlarla görüşməlidir.

Michel Forst səfərin yekunlarına dair məruzəni 2017-ci ilin martında İnsan Hüquqları Şurasında təqdim edəcək.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi bu hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kasasiya şikayətinə baxaraq, işi təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb, onun məhz hökuməti tənqid etdiyindən susdurulduğunu, cəzalandırıldığını bildirib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Şəki Apellyasiya Məhkəməsi aprelin 29-da REAL Hərəkatının lideri İ.Məmmədovun işinə təkrar baxış üzrə qərarını elan edib. Məhkəmə İ.Məmmədovu azadlığa buraxmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button