2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

BMT missiyası atışma xəbərlərinə baxmayaraq Zaporojye AES-ə gedir

Rusiya Kanadanın 55 hərbi və siyasi rəsmisinə sanksiya tətbiq edib, onların ölkəyə girişi qadağan olunub

Saytların yığılması Saytlarin yigilmasi

BMT-nin nüvə agentliyinin missiyası Ukraynanın Zaporojye şəhərindən Rusiyanın nəzarətində olan Enerhodar şəhərindəki Zaporojye AES-ə yollanıb. Sentyabrın 1-də ərazidə intensiv atışma barədə xəbərlər gəlir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) başçısı Rafael Qrossi deyib ki, missiya “ərazidə hərbi fəaliyyətin artmasından” xəbərdardır, ancaq obyektə gedərək işçilərlə görüşmək planını gerçəkləşdirməkdədir.

“Mövcud vəziyyətdən xəbərdarıq. Orada bu səhər, bir neçə dəqiqə əvvəl hərbi əməliyyatlar baş verib, ancaq biz dayanmırıq”, – Qrossi missiya yola düşməzdən az öncə jurnalistlərə deyib.

“Ukraynanın müdafiə olunduğu boz xətti və Rusiya işğalçı qüvvələrinin mövqelərinin başladığı, risklərin böyük olduğu xətti bilirik… İnanıram ki, davam etməliyik. Çox vacib missiyanı tamamlamalıyıq”, – o vurğulayıb.

“Bu gün səhər tezdən Rusiya qüvvələri “Enerhodarı minaatanlardan, avtomat silah və raketlərdən atəşə tutub”, – mer Dmitro Orlov Telegram-da yazıb. O, tüstülənən dağılmış binaların fotolarını dərc edib.

“Səhər saat 5-dən şəhərə minaatanlardan davamlı hücumlar kəsilmir… Bir neçə yaşayış binasının vurulduğu bəllidir. Qurbanlar var! Sayı dəqiqləşdirilir”, – o söyləyib.

Zaporojye vilayətinin başçısı Oleksandr Starux isə ayrıca bildirib ki, Rusiya əsgərləri “BAEA missiyasının Zaporojye şəhərindən Zaporojye AES-ə öncədən razılaşdırılmış marşrutunu” atəşə tutur.

“BMT missiyası təhlükəsizlik səbəblərindən irəli gedə bilmir”, – Starux Telegram-da yazıb.

Rusiyanın Müdafiə Nazirliyi isə Ukrayna qüvvələrini sentyabrın 1-də səhər AES-i ələ keçirmək cəhdində suçlayıb.

Nazirliyin məlumatına görə, qarşı tərəfin qüvvələrini dağıtmaq üçün “tədbirlər görülüb”, o cümlədən hərbi aviasiyaya əl atılıb.

Ancaq bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Beynəlxalq ictimaiyyət Zaporojye AES-dəki vəziyyətdən narahatdır. Rusiya və Ukrayna qüvvələri bir-birini AES-i atəşə tutmaqda ittiham edir. Bu, mümkün nüvə fəlakəti sarıdan narahatlığı artırır.

BMT Zaporojye AES-in “nəzarət altında qapadılması”nı “ən təhlükəsiz variant” sayır, Moskvanı ərazidə hərbsizləşdirilmiş zonaya razılaşmağa çağırır.

Rusiya Kanadanın 55 hərbi və siyasi rəsmisinə sanksiya tətbiq edib, onların ölkəyə girişi qadağan olunub.

Xarici İşlər Nazirliyi avqustun 31-də bildirib ki, bu tədbir Kanadanın Rusiya vətəndaşlarına son sanksiyalarına cavab olaraq atılıb. Nazirlik Ottavanı “rusofobik siyasət”də suçlayır.

Kanada ötən həftə Rusiyanın 62 vətəndaşını və bir müdafiə şirkətini Ukraynaya hücuma görə sanksiya siyahısına salıb.

Moskva fevralın sonunda Ukraynaya qarşı tammiqyaslı təcavüzə başlayandan Kanada Rusiya təyyarələri üçün hava məkanını bağlayıb, Rusiya gəmilərinin Kanada limanlarına girişini, Rusiyaya dəbdəbəli əşyaların satışını qadağan edib. Kanada banklarının Rusiya mərkəzi bankıyla tranzaksiyaları da yasaqlanıb.

Hazırda Kanadanın sanksiya siyahısında 1500 Rusiya vətəndaşı və şirkəti var. Prezident Vladimir Putin, onun iki qızı, Putinin partnyoru olduğu deyilən rusiyalı atlet Alina Kabayeva, Xarici işlər naziri Sergey Lavrov, Mərkəzi bankın sədri Elvira Nabiullina da siyahıdadır.

Rusiyanın sanksiya siyahısına isə 818 kanadalı, o cümlədən Baş nazir Castin Trüdo, onun həyat yoldaşı Sofi Trüdo, hökumət üzvləri və deputatlar salınıb.

24 saat” “
BMT missiyası atışma xəbərlərinə baxmayaraq Zaporojye AES-ə gedir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button