2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı: Əfqanıstan yaxınlaşan aclıq fəlakəti ilə üz-üzədir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Əfqanıstanda fermerlərin qış əkini üçün lazım olan buğda toxumlarını ayın sonuna qədər əldə etmədikləri təqdirdə milyonlarla əfqanın aclıq təhlükəsi ilə üzləşəcəyi barədə xəbərdarlıq edir.

Əfqanıstan əhalisinin təxminən 70 faizi kənd yerlərində yaşayır və yaşayışı kənd təsərrüfatından asılıdır. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirir ki, hər üç nəfərdən biri və ya 14 milyon insan aclıqdan əziyyət çəkir, dörd milyon insan isə qıtlığın son həddindədir.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatını fövqəladə hallar və sabitliyin təmin olunması üzrə direktoru Rein Paulsen deyib ki, ailələrin 20 faizdən çoxu qida istehlakında fəlakətli ehtiyacla üzləşməkdədir. O həmçinin qida çatışmazlığı həddinin yüksəldiyini və aclıq səbəbindən uşaqlar arasında ölüm riskinin artdığını bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Pakistanın paytaxtı İslamabaddan video vasitəsi ilə danışan Paulsen Əfqanıstanda zəruri qış buğdası mövsümünün təhlükə altında olduğunu bildirib. Bu vəziyyət hökm sürən quraqlıqdan, həmçinin ölkədəki siyasi və hərbi vəziyyətin qeyri-müəyyənliyindən qaynaqlanır.

O, yaxınlaşan qış buğdası mövsümündə fermerlərə kömək etmək imkanı yaradan imkanların sürətlə daraldığı haqda xəbərdarlıq edir.

“Sentyabr ayının sonlarına yaxın əkin işlərinin başladığından əmin olmalıyıq. Bunun öhdəsindən gəlmək üçün çox az vaxt var. Toxumlar gözləyə bilməz, fermerlər gözləyə bilməz. Bu həssas ailələrin dəstəklənməsi üçün əlimizdən gələni etməliyik” – deyə, o bildirib.

Paulsen qeyd edir ki, buğda Əfqanıstanda əhalinin gündəlik kalori qəbulunun yarıdan çoxunu təmin edən ən vacib taxıl məhsuludur. Qış buğdasından başqa, milyonlarla əfqanın sağ qalmaq üçün mal-qaradan asılı olduqlarını da bildirir.

“Üç milyondan çox heyvan təhlükədədir. Qışa doğru yaxınlaşırıq. Heyvandarlığın sağ qalması və inkişaf etməsini təmin etmək üçün dəstək vacibdir. Onsuz da quraqlıq artıq heyvandarlıq üçün böyük təhlükə yaradıb. Qış mövsümü də bir problemdir”, deyə Paulsen qeyd edir .

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bu il Əfqanıstanın 34 vilayətindən 26-da 1,5 milyondan çox insana dəstək verib. Agentlik ilin qalan hissəsində daha 1,5 milyon insana toxum, pul və digər yardımlarla dəstək verməyi planlaşdırdığını, ancaq bunun üçün 15 milyon dollara ehtiyacı olduğunu bidirir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button